Xəbərlər
Dərc edilib:09.10.2019 13:49
Baxışlar:94

Poliatlon çoxnövçülüyü üzrə rayon çempionatı keçirilib

Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 08 oktyabr 2019-cu il tarixində 244 №-li tam orta məktəbdə 2019-сu ilin payız çağırışına həsr olunmuş çağırışaqədər və çağırışyaşlı gənclərin “Marş irəli” devizi altında VMH poliatlon çoxnövçülüyü üzrə rayon çempionatı keçirilib. Yarışda Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi (idman sahəsi üzrə) Rafiq Nəsirov, idman müəllimləri və məktəblilər iştirak ediblər. Çempionatın sonunda 244 №-li tam orta məktəbin komandası birinci yerə, 306 №-li tam orta məktəbin komandası ikinci yerə, 267 №-li tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.