Xəbərlər
Dərc edilib:10.10.2019 13:25
Baxışlar:94

İntiqam Babayev Sabirabad rayonunda vətəndaşları qəbul edəcək

 


Gənclər və İdman nazirinin müavini İntiqam Babayev oktyabrın 11-də Sabirabad rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda  Sabirabad və Saatlı rayonlarından olan sakinlər iştirak edəcəklər.  Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti 96, Heydər Əliyev parkının ərazisi ) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon gənclər və idman   idarələri ilə əlaqə saxlamalıdırlar.

 

 

Sabirabad     (050) 206 86 77 

 

 Saatlı            (055) 211 56 50