Xəbərlər
Dərc edilib:29.09.2015 12:00
Baxışlar:1484

Nazir Azad Rəhimov Sumqayıtda vətəndaşların şikayət və müraciətlərini dinləyib

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 29-da Sumqayıt şəhərində yerləşən Tarix Muzeyində vətəndaşları qəbul edib.

Qəbulda Sumqayıt şəhər, Abşeron, Qobustan,  Şamaxı və Xızı rayonundan olan 30-dan artıq  vətəndaş iştirak edib.

İdman sahəsində edilən müraciətlər sırasında fəxri adların və idman dərəcələrinin  verilməsi,  idman mərkəzlərinin idman avadanlıqları ilə təchiz olunması, idman zallarının, Olimpiya İdman Komplekslərinin  tikilməsi və s olub.

QHT-in yaradılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi, mərkəzlərin müvafiq avadanlıqlarla təmin olunması,  yay düşərgələrinin təşkii, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi,  işlə təmin edilmə gənclər sahəsində edilən müraciətlər olub.

Edilən digər müraciətlər isə  təhsil  və sosial yardım, ipoteka kreditinin verilməsi, yerlərdə respublika səviyyəli tədbirlərin təşkili  ilə bağlı olmuşdur.

Həll olunması vaxt tələb edən məsələlər isə nəzarətə götürülmüş və  bununla əlaqədar olaraq müvafiq tapşırıqlar verilmişdir.