Xəbərlər
Dərc edilib:12.02.2016 12:13
Baxışlar:1685

Nazir Azad Rəhimov Qubada vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Qubada vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində baş tutan qəbulda  Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarından  30-dan artıq vətəndaş iştirak edib.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və  iş ilə təminatla bağlı olub.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasında olub.   

İdman sahəsində edilən müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM)   və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub.

 Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.