Xəbərlər
Dərc edilib:21.04.2017 17:45
Baxışlar:163

Bərdədə narkomaniya əleyhinə inşa və rəsm müsabiqələri keçiridi

21 aprel 2017-ci il tarixdə N.Nərimanov adına Bərdə şəhər 3№li tam orta məktəbdə Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı  ilə rayon məktəblərinin yuxarı sinif  şagirdləri   arasında “Narkomaniya və müasir həyat tərzi” mövzusunda inşa və “Narkomaniya gənclərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. 
        Müsabiqədə   9  şəhər və 3 kənd məktəblərindən  43   nəfər şagird iştirak etmişdir.       
        Müsabiqənin yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir.  
İnşa müsabiqəsi üzrə:     
 1.Aydın Qasımov        -  Gənclər və İdman idarəsinin baş məsləhətçisi      - sədr
 2.Cəmilə Qarayeva     -  Təhsil şöbəsinin metodisti                                     - üzv                               
 3.Sədiqə  Vəliyeva      -  Təhsil şöbəsinin metodisti                                     - üzv  
Rəsm müsabiqəsi üzrə:
1.Avtab Cəbrayılova    - Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi  - sədr
2.Sevil Məmmədova    - Təhsil şöbəsinin metodisti                                      - üzv
3.Muxtarova Fəridə      - Şəhər 8№li tam orta məktəbin rəsm müəllimi        - üzv

        Müsabiqə əsasnaməyə uyğun olaraq saat  10:00-da başlamış və 13:00-da qurtarmışdır.Müsabiqənin keçirilmə vaxtı heç bir əsasnamə pozuntusu olmamışdır.
        Müsabiqənin qaliblərinə Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli Diplomları  təqdim ediləcəkdir.