Etik Davranış


DÖVLƏT QULLUQÇULARININ ETİK
DAVRANIŞ

QAYDALARI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

NORMATİV HÜQUQİ SƏNƏDLƏR

BAKI - 2008

 


 

 

 

ÖN SÖZ

Oxuculara   təqdim   edilən   bu,   xüsusi   nəşr   Azərbaycan

Respublikasının Gənclər və İdman Nazirliyinin 11 fevral 2008-ci il tarixli, S-128 saylı Əmrinə əsasən hazırlanmışdır. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun məmurların bu qaydalara əməl etmə prinsiplərinə, respublikaımızda müasir dövlət qulluğu sisteminin qurulmasına və bu sahədə qanunun aliliyinin yüksək səviyyədə təmin olunmasına xidmət edir. Bu Qanun hər bir dövlət qulluqçusunun çalışdığı sahədə, tutduğu vəzifəyə məsuliyyətlə yanaşmasını, vətəndaşlarla ünsiyyətində etik normalar çərçivəsində davranmasını tələb edir.

15 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev Ümummilli liderimizin dövlətçilik siyasətini uğurla davam etdirməklə yanaşı, həmçinin bu illər ərzində özü yeni idarəçilik məktəbinin əsasını qoymuşdur.

Azərbaycan demokratik, unitar dünyəvi dövlət kimi inkişaf etməkdədir. Artıq o dünya ictimaiyyətinin diqqət mərkəzində olan sivil dövlətlərdən biridir. Bu sadalanan keyfiyyətlər proqressiv cəmiyyətin əsasını təşkil edir. Məhz dövlət qulluqçularının üzərinə bu istiqamətdə böyük vəzifə və məsuliyyət düşür. Dövlət qulluqçusunun öz səlahiyyəti çərçivəsində apardığı ictimai, siyasi fəaliyyəti qərəzsiz və obyektiv olmalıdır. O, ancaq qanunvericiliklə nəzərdə tutulan tədbirlər görməlidir. Etik davranış qaydalarına əməl olunması onun mənəviyyatının, mədəniyyətinin göstəricisidir. Təsadüfi deyil ki, ölkə Prezidentimiz öz çıxışlarının birində dövlət qulluqçularına öz iradlarını bildirmişdir: “Dövlət məmuru, vəzifəli şəxs hər sahədə - işdə, ictimai işində və həyatda təvazökar olmalıdır. Əgər hansısa bir iş adamı, yaxud da başqa bir adam nəsə edirsə, bu öz işidir. O işləri görməklə özünü biabır edir və cəmiyyətdə gözdən düşür. Bunu dövlət məmuru, vəzifəli şəxs edirsə, bu, artıq təkcə onun işi deyil. Bu bütün dövlətə, idarəçiliyə, iqtidara şərəf gətirməyən hərəkətdir”. Dövlət başçısı hər bir məsul dövlət işçisindən öz vəzifə borcunu vicdanla, şərəflə yerinə yetirməsini, nüfuz sahibi olmasını, öz adım və ləyaqətini uca tutmasını tələb edir. İnanırıq ki, bu Qanun dövlət qulluqçuları üçün davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi mexanizmlərinin həyata keçirilməsində böyük rol oynayacaqdır.

Bakı, 5 mart 2008-ci il

 

 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək

məqsədilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1.    qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

1.2.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdınlmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.     öz səlahiyyətləri daxilində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

  1. Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, öz səlahiyyətləri daxilində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktları hazırlayıb təsdiq etsinlər.
  2. Müəyyən edilsin ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” nm səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya: həyata keçirir.
  3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “ 16 ” avqust 2007-ci il
                       № 614



Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin    2007 - ci il 8 oktyabr tarixli           S-1073 § a nömrəli Əmri ilə TƏSDİQ EDİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR VƏ İDMAN

nazirliyinin

DÖVLƏT QULLUQÇULARININ ETIK DAVRANIŞ
QAYDALARI

I. Ümumi müddəalar

  1. Bu qaydalar "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndinə əsasən hazırlanmış və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində (bundan sonra - Nazirlik) qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı təminatları müəyyən edir.
  2. Dövlət qulluqçuları qanunun aliliyi, insan hüquqları, demokratik prinsiplər və yüksək etik davranış qaydalarını rəhbər tutaraq "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara əməl etməyə borcludurlar.
  3. Bu qaydaların tətbiq edilməsinin əsas məqsədi Nazirliyin nüfuzunun artırılması, Nazirlik və dövlət qulluqçularına ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Nazirlikdə korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, həmçinin Nazirlikdə qulluq keçən dövlət qulluqçuları (bundan sonra - dövlət qulluqçusu) tərəfindən ictimai maraqlara cavab verən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi olmuşdur.

 

II. Etik davranış qaydaları

1.1.    Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində qurmaqla şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına ciddi riayət edərək üzərinə düşən vəzifə və funksiyaları vicdanla, qərəzsiz və keyfiyyətlə yerinə yetirməyə, iş vaxtından səmərəli istifadə etməyə borcludur.

1.2.     Dövlət qulluqçusu özünə qarşı tələbkar olmalı, öz fəaliyyətini səlahiyyətləri çərçivəsində peşəkarlıqla yerinə yetirməli, Nazirliyə daxil olan müraciətlərə və sorğulara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxmalı, bu məsələləri qanuna müvafiq olaraq araşdırmalı və problemlərin öz səlahiyyətləri çərçivəsində həlli üçün dərhal müvafiq tədbirlər görməlidir.

1.3.    Dövlət qulluqçusu öz vəzifə borcunu vicdanla, aşkarlıq və şəffaflıq şəraitində yerinə yetirməlidir.

1.4.    Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

2.1.    Dövlət qulluqçusu öz peşəkarlıq fəaliyyəti ilə Nazirliyə və dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

2.2.          Gənclər və idman siyasəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi sənədlərin hazırlanması zamanı peşəkarlıq mövqeyindən hərəkət etməli, hüquqi mübahisə doğuran məsələlərin həllində prinsipiallıq nümayiş etdirməlidir.

2.3.    Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində qurmalı və öz funksiyalarını peşəkarlıqla yerinə yetirməlidir.

 

2.4.   Dövlət qulluqçusu ona aid olan işlərin yerinə yetirilməsini başqasına həvalə etməməli, gördüyü işə görə özü şəxsən məsuliyyət daşımalıdır.

2.5.   Kütləvi informasiya vasitələri ilə çıxış edərkən dövlətin həyata keçirdiyi siyasəti təbliğ etməyi bacarmalı, Nazirliyin nüfuzunu aşağı salan ifadələrə yol verməməlidir.

 

2.6.   Azərbaycan Respublikası daxilində və beynəlxalq səviyyəli idman yarışları, konfrans, seminar və digər tədbirlərdə iştirak edərkən tədbirin reqlamentinə əməl etməli, tədbirlər zamanı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı (loyallıq) və 9-cu (mədəni davranış) bəndlərinin tələblərinə ciddi riayət etməlidir.

2.7.   Dövlət qulluqçusu xarici ölkələrin dövlət, qeyri hökumət qurumlarının və bçynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan Respublikasına rəsmi və işgüzar səfərləri çərçivəsində həyata keçirilən tədbirlər zamanı da ”Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında“ Azərbaycan Respublikasının Qanunundan və bu Qaydalardan irəli gələn etik davranış qaydalarına ciddi riayət etməlidirlər.

2.8.   Dövlət qulluqçuları mütəmadi olaraq öz fəaliyyətləri çərçivəsində biliklərini mükəmməlləşdirməli, iş bacarığının, ixtisasının təkmilləşməsi və yeni biliklərin əldə edilməsi üçün çalışmalıdır.

3.1.   Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

3.2.   Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə nazirliyin nüfuzunu aşağı sala biləcək digər hərəkətlərə yol verməməlidir.

 

3.3.   Peşəkar fəaliyyəti zamanı dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün məhdudiyyətlərə əməl etməlidir.

4.1.    Dövlət qulluğu ictimai inamdır. Dövlət qulluqçusu dövlət və vətəndaş qarşısında məsuliyyət daşıyır.

4.2.   Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı nazirliyin və digər dövlət qulluqçularının səmərəli fəaliyyətinə mane olan amillərin qarşısını almağı, öz adı və şərəfini uca tutmağı bacarmalıdır.

4.3.    Dövlət qulluqçuları etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

4.4.    Dövlət qulluqçusu aidiyyəti sahə üzrə fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru məlumatlar almasına köməklik göstərməlidir.

4.5.    Hər bir vətəndaşın hakimiyyətə inamının təmin olunması üçün dövlət qulluqçusu öz fəaliyyətində bu Qaydalarda nəzərdə tutulmuş müddəaları əsas tutmalıdır.

5.1.    Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.

5.2.    Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərar və hərəkətlərə yol verməməlidir.

5.3.   Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu vəzifəsini icra edərkən, həmçinin ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən fiziki və hüquqi şəxslərin, eyni zamanda, digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan informasiyaların məxfiliyinin qorunmasını təmin etməlidir.

5.4.    Dövlət qulluqçusu Nazirliyə daxil olmuş müraciətlərin baxılmasında süründürməçiliyə yol verməməlidir.

5.5.    Dövlət qulluqçusu bütün fiziki və hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı, o cümlədən birbaşa və yuxarı rəhbərliyə, həmçinin tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbrli olmalı, digər dövlət qulluqçularına əsassız ittihamlar irəli sürməməli, kobudluq, sərtlik hallarına yol verməməlidir.

6.1.    Dövlət qulluqçusu fiziki və hüquqi şəxslərin nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməli, xidməti zamanı işgüzar üslubda geyinməyə üstünlük verməli, xarici görünüşünə, səliqə-səhmanma daim diqqət yetirməli, ünsiyyətdə nəzakətli olmalı, xoş təəssürat yaratmalı, vətəndaşlarla münasibətdə bərabərlik prinsipinə əsaslanmalı və öz vəzifə borcunu yerinə yetirərkən şəxsiyyətini və müvafiq vəzifə borcunu təsdiq edən sənədləri daim özü ilə gəzdirməlidir.

6.2.    Dövlət qulluqçusu vəzifə borclarını yerinə yetirərkən hər bir müraciət edən vətəndaşı nəzakətlə qəbul etməli, onu səbr və təmkinlə dinləməli, qanunvericiliyə istinad edərək müraciətinə müvafiq izahatların verilməsini bacarmalıdır.

7.1.    Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və sərəncamları qeyri-şərtsiz yerinə yetirməli, xidməti tabeçilik normalarını gözləməlidir.

7.2.    Birbaşa və ya yuxarı rəhbərin tabeliyində olan dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun olaraq üzərinə düşən məqsəd və funksiyaların həcmini dəqiq və dürüst müəyyən etməli, habelə ona qanunsuz, etik davranış qaydalarına zidd olan, icrası mümkün olmayan tapşırıqlar verilməməlidir.

7.3.      Dövlət qulluqçusu icrası mümkün olmayan vəzifələri öz öhdəsinə

götürməməlidir.                                                   

7.4.    Qanuni göstərişlərin yerinə yetirilməməsi ciddi intizam məsuliyyətinə səbəb, olur.

7.5.    Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməli, və ondan yazılı şəkildə tapşırığın təsdiq olunmasını tələb etməlidir.

7.6.    Dövlət qulluqçusu əmr, sərəncam yə tapşırıqları yerinə yetirərkən heç bir maliyyə maraqları güdməməlidir.

 

8.1.    Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməli, ədalət prinsipi və mənəvi dəyərləri əsas tutmalıdır.

8.2.      Dövlət qulluqçusu xidməti vəzifələrin yerinə yetirilməsi zamanı

siyasi bitərəfliyə əməl etməyə borcludur.

 

8.3.      Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin

onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə, yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

9.1.    Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etməsi və ya bu barədə qərarlar qəbul etməsi qəti qadağandır.

9.2.     Dövlət qulluqçusu onun hərəkətlərinin və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

9.3.    Dövlət qulluqçusu vətəndaşlara göstərilən xidmətə görə haqq tələb edə bilməz.

10.1.     Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunursa ondan imtina etməlidir və bu barədə yuxarı rəhbərinə məlumat verməlidir.

10.2.     Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilirsə, o, bu barədə birbaşa nazirə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər Nazirliyə akt üzrə təhvil verilməlidir.

10.3.     Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) rəhbərlik tərəfindən xidməti araşdırma aparılmalı və zərurət olduğu halda intizam məsuliyyətinə cəlb olunmalıdır.

10.4.     “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş “Maliyyə xarakterli tələblər” haqqında məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.

11.1.     Dövlət qulluqçusu vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

11.2.     Bu qayda qonaqpərvərliklə bağlı və ya dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manatdan) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

 

11.3.    Bu qaydaların pozulması “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

12.1.    Dövlət qulluqçusu ictimai maraqları şəxsi maraqlardan üstün tutmaqla xidməti informasiyanı qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etməli, xidməti fəaliyyət zamanı əldə etdikləri məlumatları şəxsi maraqlar üçün istifadə etməməlidirlər.

12.2.    Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

12.3.    Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə dövlət qulluğu, etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınmasına dair və digər normativ hüquqi aktlarla tanış olmalıdır. Eyni zamanda, onun xidməti vəzifələri və şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi təqdirdə nazirliyin rəhbərliyinə məlumat verməyə borcludur. Bu aktlarla bağlı hər hansı bir sual çıxdıqda birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

12.4.    Dövlət qulluqçusu Nazirliyin fəaliyyətinə mənfi təsir göstərən və ya mənfi təsir göstərə biləcək maraqların toqquşmasına yol verməməlidir.

13.1.    Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

13.2.    Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

 

14.1.                      Dövlət qulluqçusu xidməti vəzifəsini, xüsusilə maliyyə əməliyyatları həyata keçirərkən ona məlum olan heç bir xidməti məlumat və informasiyalardan istifadə etməməlidir.

14.2.    Dövlət qulluqçusu ona məlum olan məlumatlardan qərəzli məqsədlər və şəxsi maraqlar üçün istifadə etməməli və məlumatın məxfiliyi üçün məsuliyyət daşımalıdır.

14.3.                      Dövlət qulluqçusu xarici ölkələrə ezamiyyələr zamanı vətəndaşlara verilən bütün informasiyalara görə məsuliyyət daşıyır.

15.1.    Qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və siyasi birliyə üzv olmaq hüququna malikdir.

15.2.    Dövlət qulluqçusunun ictimai və siyasi fəaliyyəti, yaxud ictimai və siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

15.3.    Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

15.4.    Dövlət qulluqçularının seçkilər zamanı öz mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının xeyrinə istifadə etməsi qəti qadağandır.

III. Etik davranış qaydalarının həyata
keçirilməsinin təmin olunması


16.1.     Nazirlikdə qulluq keçən dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm olaraq təhlil edilir.

16.2.     Dövlət qulluqçusunun birbaşa və ya yuxan rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirlər görür.

16.3.     Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

16.4.     Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edir və müəyyən tədbirlər görülür.

16.5.     Nəzarətə və ya intizam icraatına məsul şəxs (Nazir və ya onun səlahiyyətlərini həyata keçirən şəxs) aşağıdakı səlahiyyətləri həyata keçirir;

16.5.1.    etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görür ;

16.5.2.    etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb olunması üçün tədbirlər görür ;

16.5.3.    etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görür;

16.5.4.    daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialların yoxlanılması üçün müvafiq göstərişlər verir ;

16.5.5.       qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri həyata

keçirir.

  1. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

17.1.      Etik davranış qaydalarının pozulması hesab edilən hallar:

 

17.1.1.     “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

17.1.2.     Kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi;

17.1.3.     Dövlət qulluqçusu tətil və ya Nazirliyin işini pozan digər hərəkətlərə yol verdikdə.

17.2.     İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən pozuntularda cinayət tərkibinin əlamətləri aşkar edildikdə Nazir və ya onun müvafiq səlahiyyətlər verdiyi şəxs bu barədə aidiyyəti orqanlara müraciət edir.

17.3.         “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun və bu Qaydaların müddəalarını pozmuş dövlət qulluqçusu barədə Nazir və ya onun müvafiq səlahiyyətlər verdiyi şəxs tərəfindən aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:

17.3.1.      töhmət;

17.3.2.     bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

17.3.3.     həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi;

17.3.4.      daha aşağı dərəcəli işə keçirilməsi;

17.3.5.      ixtisas dərəcəsinin aşağı salınması ;

17.3.6.      ixtisas dərəcəsindən məhrum edilməsi;

17.3.7.      dövlət qulluğundan azad olunması.


17.4.   Tətbiq olumuş intizam tənbeh tədbirinin ləğv edilməsi üçün 7 gün ərzində şikayət vermək olar. Bu zaman intizam tənbeh tədbiri 10 gün ərzində Nazirlik tərəfindən ya ləğv olunmalı, ya da qüvvədə saxlanılmalıdır. Çıxarılmış intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

17.5.   Yuxarıda qeyd olunan Qanunun və bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə Nazirliyə daxil olan şikayət, məlumat və müraciətlər anonim xarakterli olduqda, bu müraciət və məlumatlara baxılmır.



 

AZƏRBAYCAN RESPUBLİKASI
GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ

ƏMR

S - 928 § a                   “24” avqust 2007ci il                     Bakı şəhəri

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının icrasının

təmin edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007-ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə

Əmr edirəm:

  1. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007-ci il 16 avqust tarixli, 614 nömrəli Fərmanının 2-ci bəndi rəhbərlik və icra üçün qəbul edilsin.
  2. Regionlarla iş və kadrlar şöbəsinə (A.Quliyev) və baş hüquqşünasa (R.Əliyev) tapşırılsın ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.8-ci maddəsinə müvafiq olaraq normativ hüquqi aktları işləyib hazırlasın və təsdiq edilmək üçün Nazirə təqdim etsin.
  3. Ümumi şöbəyə (N.Nəbiyev) tapşırılsın ki, həmin normativ hüquqi sənədlərin Nazirliyin strukturuna daxil olan qurumlara çatdırılmasını təmin etsin.
  4. Əmrin icrasına nəzarət Aparatın rəhbəri F.Hacıyevə həvalə edilsin.

Nazir                                                                                                    A.Rəhimov


AZƏRBAYCAN RESPUBLİKASI __________ GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ___________________________________

ƏMR

S - 1073 § a              “08” oktyabr 2007ci il                  Bakı şəhəri

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydalarının təsdiq edilməsi barədə

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinin icrasının təmin etmək məqsədi ilə

Əmr edirəm:

  1. “Azərbaycan                      Respublikasının  Gənclər     və          İdman Nazirliyinin    dövlət

qulluqçularının etik davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).

  1. “Azərbaycan                       Respublikasının  Gənclər     və          İdman Nazirliyinin    dövlət

qulluqçularının etik davranış Qaydaları” Nazirliyin mərkəzi aparatında, strukturuna daxil olan qurumlarda çalışan dövlət qulluqçularına şamil edilsin.

  1. Nazirlikdə qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydalarına əməl olunmasına nəzarət Nazirliyin Aparat rəhbərinə (F.Hacıyev), strukturuna daxil olan qurumlarda bu sahəyə nəzarət Regionlarla iş və kadrlar şöbəsinə (A.Quliyev) tapşırılsın.
  2. Əmrin icrasına nəzarət Nazirliyin Aparatının rəhbəri F.Hacıyevə həvalə edilsin.

Polje z besedilom: NazirA.Rəhimov