Direktor: Bağırov Hüseynqulu Seyid oğlu
Ünvan: Bakı şəhəri, İ.Həsənoğlu küçəsi, 6 AZ-1033
Telefon: 012-424-29-81
E-mail: fairex@fairex.az
İnternet sayt: http://www.fairex.az

Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası

ADEİNFA – Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası 2011-ci ildə təsis olunmuşdur. Hazırda tərkibində 3 federasiya birləşmişdir. Bunlar , Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası ( FAIREX ), Azərbaycan Alpinizm Federasiyası ( AAF ) və Azərbaycan İdman Turizmi Federasiyasıdır. Yarandığı vaxtdan Assosiasiyaya Hüseynqulu Bağırov rəhbərlik edir. ADEİNFA Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyası (UIAA) ilə birgə Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli düşərgə və kurslar , iclaslar və konfransların əsas təşkilatçısıdır.

AAF – Azərbaycan Alpinizm Federasiyası 1963-cü ildə yaranmış, 1997-ci ildə rəsmi qeydiyyata alınmışdır. Fəaliyyət müddətində federasiya idmançıları bir çox zirvələrə uğurla dırmanmışdır. Lakin 2015-ci ildə AAF tərkibində birləşmiş əksər klubların federasiyanın fəaliyyətindən və idarə edilməsindən narazılığı yarandığına görə Gənclər və İdman Nazirliyi müdaxilə etmiş, 2016-cı il aprel ayının 9-da federasiyanın hesabat seçki konfransı keçirilmiş prezident Nizami Mursakulov seçilmişdir.

FAIREX – Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 9 avqust 2005-ci ildə təsis olunmuşdur. Federasiyaya 2014-cü ilə qədər Hüseynqulu Bağırov rəhbərlik etmiş, 2014-cü ilin avqustunda keçirilən hesabat seçki konfransında federasiya prezidenti Firdovsi Əliyev seçilmişdir. FAIREX nəzdində Bakı və bölgələri təmsil edən, havaçılıq , dağçılıq və dırmanma idman növləri sahəsində fəaliyyət göstərən 61 klub birləşmişdir. Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyası ( UIAA ), Beynəlxalq İdman Dırmanması Federasiyası ( IFSC ) və Dünya Hava İdman Növləri Federasiyasına ( FAI ) üzv olan və hər 3 qurumda Azərbaycanı təmsil edən yeganə tam hüquqlu federasiya məhz FAIREX-dir. 2008-ci ildən etibarən hər il qayayadırmanma, idman dırmanması, buzadırmanma, 2012-ci ildən etibarən draytulinq yarışları, Azərbaycanda İlk skayraninq yarışı da FAIREX-in təşkilatçılığı ilə keçirilmişdir. 2013-cü ildə İdman Dırmanmasının Sürət növü üzrə, 2014-cü ildə Sürət və Boldrinq növləri üzrə dünya kubokları keçirilmişdir. Federasiya nəzdində “Dağçılıq Məktəbi” fəaliyyət göstərir ki, burada yeni başlayanlar üçün əsas dağçılıq bilgiləri verilir və 9 aylıq tədris müddətini tamamlayıb ,imtahandan uğurla  keçən şəxslərə sertifikatlar verilir. Dağçılığın təbliği sahəsində hər il kütləvi yürüşlərin təşkili ilə yanaşı, yerli və xarici dağlara haykinq və trekinqlər də təşkil olunur. Azərbaycanın ən böyük dırmanma zalı olan CLIMBAKU Dırmanma Mərkəzi FAIREX-ə məxsusdur və federasiya üzvlərinə ödənişsiz xidmət göstərir.