Direktor: Cabbarov Camal Xəlil oğlu
Ünvan: Bakı şəhəri, M.Rüstəmov küçəsi, 21AZ-1142
Telefon: 012-370-04-60
E-mail: cc.xalil@mail.ru
İnternet sayt:

Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyası

Son illər ölkəmizdə idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı durmadan artır. Bu işin həyata keçirilməsində və uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyası da yarandığı ilk gündən üzərinə düşən öhdəliklərin ciddi və məsuliyyətli olmasını anlayaraq işini günün tələbləri səviyyəsində qurub. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, federasiyanın gördüyü işlər, əldə etdiyi uğurlar və həyata keçirdiyi layihələr artıq göz öz bəhrəsini verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının üzərinə ölkəmizdə gözdən əlillər arasında şahmat və dama idmanının inkişaf etdirilməsi və mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulmuşdur.

Bu məqsədlə federasiyamız yarandığı ilk gündən ölkəmizdə gözdən əlillər arasında şahmat və dama idmanı ilə məşğul olan məktəb və klubları dəstəkləmiş, belə idman məktəblərinin regionlarda da açılmasını qarşıya məqsəd qoymuşdur.

Bundan əlavə, ölkəmizdə, xüsusilə də gənc gözdən əlillər arasında şahmat və dama idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir.