Direktor: Məmmədov Fazil Əsəd oğlu
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 55 AZ-1010
Telefon: 012-499-77-75, 012-499-77-74, 012-498-68-64
E-mail: aze@fila-wrestling.com
İnternet sayt:

Azərbaycan Güləş Federasiyası

Ölkəmizdə güləş aparıcı idman növlərindən biri sayılır.

AGF-nin rəhbərliyi güləşin inkişafı üçün vacib saydığı məsələləri daima diqqət mərkəzində saxlamaqla bərabər mərhələli sürətlə həyata keçirir.

AGF-nin məqsədyönlü və taktiki strateqiyasına əsasən 2007-ci ildən başlayaraq sərbəst, Yunan-Roma güləşi ilə yanaşı Azərbaycanda qadın güləşidə inkişaf etdirilir.

Ölkəmizdə güləşin inkişaf dislakasiyasına əsasən AGF-nin nəzdində 8 Regional nümayəndəlik fəaliyyət göstərir.

2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə isə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında hər üç güləş növü üzrə İdmançılarımız 2 qızıl, 2 gümüş, 3 bürünc medal olmaqla ümumilikdə 11 medal qazanmışlar.

2016-cı il avqustun 5-dən  21-dək Brazilyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına güləşçilər 14 lisenziya qazanmışlar.

Hal-hazırda Olimpiya Oyunlarına hazırlıq üzrə yığma komandaların idmançıları sonuncu hazırlıq üzrə TNT-nı davam etdirirlər.

Federasiya tərəfindən nəzərdə tutulan tədbirlər, Federasiyanın Prezidenti cənab Fazil Məmmədovun və Federasiyanın digər rəhbərliyinin daima nəzarəti diqqəti və qayğısı altındadır.