Direktor: Məmmədov Etibar Əhməd oğlu
Ünvan: Bakı şəhəri, Olimpiya küçəsi, 4 AZ-1072
Telefon: 050-777-42-42, 055-871-32-24
E-mail: tchernova.azdsf@gmail.com
İnternet sayt:

Azərbaycan İdman Rəqsləri Federasiyası

Azərbaycanın İdman Rəqslərinin Federasiyası 1993 cü ildən fəaliyyət göstərir və 1998 ci ildə müvəqqəti üzv kimi  Beynəlxalq Rəqs İdmanı Federasiyasında (WDSF) qəbul olunaraq ölkədə idmanın bu növünün inkişafına yardım göstərmişdir.  Bu illər ərzində rəqs duetləri Azərbaycanı beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında uğurla təmsil edirlər. 2007 ci ilin rəqs Avrovisiyasında 5 yeri tutmuş, 2014 cü ildə isə püşəkarlar arasında 10 rəqs üzrə dünya çempionları olmuş  Eldar Cəfərov və Anna Sajina rəqs cütlüyünün uğurlarını  xüsusilə 1eyd etmək lazımdır. Kiçik yaş qruplarında Dünya çempionlarının yarım finallarında iştirak azərbaycan rəqs cütlüyünün nailiyyəti olmuşdur. Azərbaycan cütlüyü hər il Tiflis şəhərində keçirilən Qafqaz kubokunu dəfələrlə qazanmışdırlar. AİRF Gənclər və İdman Nazirliyi və Bakı şəhərinin idman və gənclər üzrə Baş idarə ilə müştərək şəkildə Azəbaycanda və onun şəhərlərində çempionatı, kubokları və birincilikləri, eləcə də, idman rəqsləri üzrə  “Bahariyyə”, “Bakının işıqları”, “Çinar kuboku”,  “Aypara kuboku” kimi beynəlxalq turnurləri keçirir. İndiki dövrdə AİRF tərkibində 10 rəqs klubları, studiyaları və rəqs məktəbləri fəaliyyət göstərir. AİRF fəaliyyət illəri ərzində üç hakim beynəlxalq dərəcəli hakimlik kateqoriyasını əldə etmişdirlər və bu, AİRF beynəlxalq siyasəti üçün  daha böyük əhəmiyyətə malikdir. Federasiyanın fəaliyyəti külli miqdarda uşaqların və yeniyetmələrin rəqs idmanı sahəsinə cəlb olunduğu ölkədə bu növün inkişafına yönəlmişdir;  idman rəqsləri üzrə məşqçilərin və idmançıların səviyyəsinin artırılması üçün seminarların, master-klassların, müsabiqələrin və yarışların təşkili; rəqqasların və idmançıların müxtəlif rəqs festivallarında, dünya və Avropa çempionatlarında, idman rəqsləri üzrə beynəlxalq turnirlərdə, folklor və xalq rəqslərində, müasir və sosial-məişət rəqslərində layiqli şəkildə iştirak etmələri məqsədilə konsertlərin və rəqs üzrə tematik tədbirlərin təşkili.


İdman rəqsləri

Birliyin əsas məqsədi idman rəqslərinin Azərbaycan Respublikasında tədliği və inkişafı məqsədilə müxtəlif layihələrin işlənilməsi və həyata keşirilməsindən ibarətdir.

Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəziyələri həyata keçirilir.

Respublikadaxili və beynəlxalq turnirlərin təşkil edilməsi:

Şəhər, respublika və beynəlxalq yarışlarda maraqların təmsil edilməsi:

Təlim-məşq toplanışı və bədən tərbiyəsi işlərinin aparılmasının təşkil edilməsi:

Xarici dövlətlərdə fəaliyyət göstərən idman rəqsləri federasiyalsrı, assosiasiyaları, klubları və digər təşkilatları ilə .m.kdaçlıq və onlarla birgə layihələrin həyata keçirilməsi:

Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər layihələrin həyata keçirilməsi:

Bu Nizamnəmədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün birlik:

Elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər , sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir:

Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydda mətbu nəşrlər təsis edie:

Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir:

Azərbaycan Respublikası qanunvericilik aktları ilə qadağan olunmamış digər iş forma və metodlarından istifadə edir.