Direktor: Orucov Taleh Natiq oğlu
Ünvan: Bakı şəh.,Yasamal r-nu., Bəsti Bağırova küç.12 AZ-1052
Telefon: (+994 77) 501-88-10
E-mail: info@capoeira.az
İnternet sayt: http://www.capoeira.az

Azərbaycan Kapoeyra Federasiyası

Kapoeyra döyüş sənəti Azərbaycanda ilk dəfə 1997-ci ildə Taleh Natiq oğlu Orucov tərəfindən yaradlmişdir. 2000-ci ildə Bakıda Azərbaycan Kapoeyra Federasıyası vahid mərkəz kimi formalaşıb və Azərbaycanda kapoeyra döyüş sənəti yaranan gündən edilən intensiv məşqlər və gənclərimizdə idmana və xüsusəndə kapoeyra döyüş sənətinə həvəs yaratmaq məqsədi ilə görülən işlər nəticəsində paytaxtımız Bakıda və Azərbaycanın bir çox regionlarında Azərbaycan Kapoeyra Federasıyasının klubları və məktəbləri yaradılmış və bu günə kimi də geniş səkildə fəaliyyət göstərməkdədirlər. Azərbaycan Kapoeyra Federasıyası ildə iki dəfə kəmər-dərəcə imtahanları keçirilir. Bundan əlavə federasiya ildə bir dəfə Bakı çempionatı, bir dəfə Azərbaycan çempionatı və iki ildən bir "Azərbaycan Kuboku" yarışları təşkil edir. Bunlarla yanaşı federasiyamızın üzvləri beynəlxalq aləmdə, o cümlədən Beynəlxalq yarış, festival və seminarlarda Azərbaycanı layiqincə təmsil edirlər. Azərbaycanda ən böyük və ən tanınmış idman federasiyalarından biri sayılan Azərbaycan Kapoeyra Federasıyası bir çox yerli və beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlıq edir. Azərbaycan Kapoeyra Federasıyası haqqında dəfələrlə bir çox yerli və beynəlxalq qəzet və jurnallarda məqalələr dərc olunmuş, bir çox yerli telekanallarda çıxışları olmuşdu

"Capoeira" Brazilya əsilli idman növüdür. Brazilyada yaşayan Afrika əsilli kölələrin özlərini müdafiə üçün təkmilləşdirdiyi bu idman növü Brazilya başda olmaqla dünyanın 120 yaxın ölkəsində mövcuddur. Estetik görünüşü, musiqi, rəqs və döyüşü özündə cəmləşdirməklə digər döyüş növlərindən fərqlənir. Bir çox insana görə "Capoeira" bir döyüş sənəti, öznünü müdafiə üsulu və ya sadəcə bir oyun ola bilər. Brazilyadakı "Capoeira"nın təməlini qoyan qullar üçün Capoeira Azadlığa gedən yol idi. Əgər siz də "Capoeira" ilə maraqlanır və ya məşğul olursunuzsa bu yolu asanlıqla tapacaqsız! 1932-ci ilə qədər qadağan olunan "Capoeira"-ya Mestre Bimba (Mestre- "Capoeira"da ən yüksək dərəcə) yeni əlavələr edərək modernləşdirmiş və Brazilya dövlət rəsmiləri ilə ortaq qərara gələrək Capoeira-ya qoyulan qadağa aradan qaldırılmışdır. Bundan sonra "Capoeira" sürətli şəkildə inkişaf etmiş və daxilinə yeni stillər əlavə olunaraq, daha da modernləşmişdir.

"Capoeira" RODA (hoda) adı verilən insanlardan ibarət olan bir dairə içərisində, 2 şəxsin bəlli stillərdə və ritmlərdə oynanan oyundur. Bu oyunun adı JOGO-dur. Roda içərisində və Jogo (oyun)nun müəyyən qayda qanunları vardır. Roda içərisində "Capoeira"-ya məxsus olan, musiqi alətlərindən ibarət orkestr vardir. Orkestrə Berimbao, Pandeyru, Atabaque (atabake), Agogo və s. kimi müsiqi alətləri aiddir.

Berimbao istisna olmaqla digər musiqi alətləri sonradan əlavə olunub.

"Capoeira" tempə görə bir neçə növə bölünür. Rəqiblər bu növləərə əsasən asta, orta temp və sürətli Jogo (oyun) qururlar. Angola asta temp, Banguela orta temp, Regional isə sürətli növlərdir.