Direktor: Heydərov Natiq Heydər oğlu
Ünvan: Bakı şəhəri, Məlikməmməd küçəsi, 17 AZ-1052
Telefon: (050) 310-99-11
E-mail: wko.aze@gmail.com
İnternet sayt: http://akkf-ajo.com

Azərbaycan Kyokuşin Karate Federasiyası

Sağlam ictimai güvvələrin möhkəmləndirilməsi vasitəsi ilə ölkədə bədən tərbiyyəsi-idman hərəkatının yenidən qurulmasında fəal iştirak etmək.

Effektiv fiziki hazırlıq kimi Kyokuşin  Karate təliminə uyğun əhalinin intellectual və ideoloji hzırlığını həyata keçirmək və bunun inkişafı əsasında təkmubarizliyin növü kimi bədən tərbiyyəsi-idman sistemində iş aparmaq.

Kyokuşin  Karateni inkişaf etdirən və yayan yaradılmış sərbəst klub və mərkəzlərin infrastrukturlarını könüllü əsasda birləşdirərək, bu idman növünü populyarlaşdırmaq və daha genış inkişaf etdirmək.

Kvalifikasiyalı məşqçi, instruktor, hakim və idman kadrlarının hazırlığı sisteminin yaradılması və mükəmmələşdirilməsi, yarış prosesinin təşkili, yüksək kvalifikasiyalı idmançıların hazirlanması və onların beynəlxalq meydanda müvəffəqiyyətli çıxışlarını təmin etmək

İdmançıların fərdi və komandaların ümumi sığorta olunmasına dair müqavilələr hazırlayır və imzalanmasında iştirak edir, onların təqaüdlə təmin olunmasında köməklik edir.

dmançılarla federasiyanın komandalarında və klublarında iştirak etmək kontraktları bağlayır.

Kommersiya xarakterli yarışlarda idmançıların iştirakına dair yarışı keçirən təşkilatla müqavilə bağlayır.

İdman qurğularının tikilməsi və istismarı üzrə işləri həyata keçirir.

Milli federasiyalarla və uyğun beynəlxalq təşkilatlarda beynəlxalq idman inkişafı və möhkəmlənməsi əlaqələrinin yaradılması.

Öz səlahiyyəti çərçivəsində Kyokuşin  Karate inkişafı sferində etik problemlərin həlli.

Federasiyanın üzvlərinin hüquqlarının və maraqlarının hüquqi və social müdafiəsi.

Federasiyanın məqsədlərini yerinə yetirmək üçün:

12.1.                     Respublikada idman növünün inkişafı şəraitinin təkmilləşdirilməsinə yönəldilmiş müsbət təcrübə, faydalı təşəbbüsləri üzə çıxarır, öyrənir və təbliq edir.

12.2.                     Respublika daxilində klublar arası və Kyokuşin  Karate üzrə Respublika çempionatlarını keçirir.

12.3.                     Kütləvi mühazirə, tamaşa təbliğatı, nümunəvi çıxışlar, yarışlar, o cümlədən ədəbiyyət, metodoloji vasitələrin, tədbiqi idman məhsullarının satış-sərgisini keçirir.

12.4.                     Metodik məsləhətlərin, işləyir, hazırlayır, müqavilələr bağlayır və idman yeniliklərinin yeridilməsi müvəqqəti yaradıcı kollektivlər yaradır.

12.5.                     Federasiyanın məqsəd və vəzifələrini həyata keçirməyə yönəldilmiş nəşriyyat fəaliyyətini həyata keçirir.

12.6.                     Məşqçilərin, instruktorların, idmançıların və hakimlərin kvalifikasiyalarının qaldırılması və atestasiyası üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir.

12.7.                     Rəsmi idman tədbirlərində iştirak etmək üçün Azərbaycan yığma komandasının hazırlığını həyata keçirməyində iştirak edir.

12.8.                     Müvafiq idman təşkilatlarında təmsil edir.

Kyokuşin  Karateni inkişaf etdirmək üçün xüsusi proqramlar və lahiyələr hazırlayıb müxtəlif təşkilatlara təqdim edir.