Direktor: Əzizov Teyyub Agayar oğlu
Ünvan: Bakı şəhəri, Təbriz küşəsi, 19a AZ-1008
Telefon: (050) 372-61-96, (055) 838-84-83
E-mail: azkyokushin@mail.ru
İnternet sayt: http://akkf-ajo.com

Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası

Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası 7 iyul 1994-cü ildə Əzizov Teyub Ağayar oğlu tərəfindən yaranıb. 1995-ci ilin avqustun 23-də  Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib.  1995-ci ilin dekabrında Beynəlxalq Karate təşkilatı (Kyokuşinkaykan-Şokey Matsuy) tərəfindən qeydiyyata alınmışdır. Teyub Əzizov rəsmi olaraq Azərbaycana nümayəndə (Brancif) təyin edilmişdir. Federasiya bu illər ərzində  onlarla beynəlxalq turnir, Respublika Turnirləri, Respublika Kuboku,  Respublika Çempionatları keçirtmişdir. Eyni zamanda onlarla Bakı çempionatı, 7 dəfə Hərbiçilər arası və bir dəfə Zaqafqaziya çempionatı keçirmişdir. Dünyada  Kyokuşinkay Karate bir çox təşkilatlara bölündü. Lakin 2007-ci ildən  Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası, Beynəlxalq Kyokuşinkay  Karate Federasiyasının rəsmi üzvüdür. Bundan sonra Azərbaycan  Kyokuşinkaykan Karate Federasiyası daha da inkişaf etdi. Federasiya 2008-ci  ildən Dünya Kuboku, 2009-cu ildə Mütləq Dünya Çempionatı, 2013-cü ildə  çəki üzrə Dünya Çempionatı keçirtdi. Hal-hazırda Federasiya ətrafında 23 rayon  regionu və 25 İdman Klubunu birləşdirir.
Federasiyanin əsas fəaliyyəti idmandır va Kyokuşinkay Karateni Azarbaycanda inkişaf etdirməkdir. Kyokuşinkaykan Karate idman növü üzra təlim məşq  toplantıların təşkil etmək, gənc idmançıların səviyyəsinin artmasəna kömək etmək, gənclər arasında sağlam həyat tərzini təbliğ etmək. Muxtəlif  kurslar va seminarlar, dəyirmi masa va görüşlər və digər mədəni və kütləvi tədbirlər keçirmək. Məqsədləri va fəailiyyəti barədə məlumatı sərbəst yayır qanunvericiliya muvafiq qaydada mətbu nasirlər təsis edir. Azərbaycan Respublikasının aidiyyəti dövlət va bələdiyyə orqanları ilə əməkdaşlıq edir. Azərbaycanda va xarici ölkələrdə filiallarını tasis edir.