Direktor: Qurbanov Xanlar Kazım oğlu
Ünvan: Bakı, Nərimanov, Fətəli xan Xoyski, 98а AZ-1072
Telefon: (012) 564-08-09, (012) 511-12-42, (050) 310-50-19
E-mail: azif_zorxana@yahoo.com
İnternet sayt:

Azərbaycan Milli İdman Növləri Assosiasiyası

Azərbaycan  Respublikası Milli İdman Növləri Assosiyasiyası Nizamnaməyə  uyğun  olaraq respublika milli idman növlərinin inkişafını həyata  keçirən  və idarə edən, xeyriyyəçi, könüllü, ictimai  idman  təşkilatıdır. Assosiasiya Azərbaycan SSR Nazirlər  Sovetinin 6 iyun 1990-cı il 246 №li qararına müvafiq olaraq və Assosiasiya iştirakçılarının təsis konfransının 25 aprel 1990-cı il qərarı ilə yaradılmışdır.
Assosiasiya hüquqi şəxs olaraq öz möhürü, bankda hesabı, ştamp və atributikasına malikdir. Assosiasiya Azərbaycan Milli İdman Növləri Federasiyaları ( Milli güləş, Nərd, At üstü Milli oyunlar, Mütəhərrik oyunlar, Zorxana və pəhlivan güləşi) özündə  cəmləşdirməklə öz fəaliyyətini həyata keçirir. Assosiasiyanın tərkibinə milli idman növləri üzrə  yığma komandalar daxildir.
Assosiasiya  onun üzərinə düşən vəziflərlə birlikdə aşağıdakı funksiyaları  
yerinə yetirir:
- respublika  milli idman növlərinin inkişaf etdirilməsinin məqsədyönlü   
   kompleks proqramını  hazırlayır və reallaşdırır;
- milli idman növləri üzrə idman yarışlarının qaydalarını proqramını,  və 
 ölkə daxili  yarışların əsasnamələrini  hazırlayır təsdiq edir;
-Azərbaycan Respublikasının ərazisində milli  idman növləri üzrə respublika 
  və  beynəlxalq yarışları  təşkil edir və keçirir;
- digər təşkilatlarla  birlikdə beynəlxalq tədbirlərdə və proqramlarda iştirak 
  edir.
-  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 
  «Assosiasiyaya daxil olan milli idman növləri üzrə yığma komandalar 
    haqqında əsasnamə»ni təsdiq edir;
-  milli idman növləri üzrə idman təsnifatı normativlərini və tələblərini  
    işləyib hazırlayır  və təsdiq  üçün  Azərbaycan Respublikası Gənclər və 
     İdman Nazirliyinə təqdim edir.
-  milli - xalq idman növləri üzrə beynlxalq miqyasda assosiasiyanın 
    maraqlarını təmsil edir;
-  digər ölkələrdə analoji assosiasiyalarla, federasiyalarla, əməkdaşlıq edir;
-  məşqçi kadrların və digər  mütəxəssislərin hazırlanması, seçilməsi 
   işində  iştirak edir, ali məktəbdə təhsil alan milli idman növləri üzrə 
   qabiliyyətli tələblər üçün təqaüd təyin edir.



Assosiasiya respublikanın şəhər və rayonlarında  yeni bölmlərin yaranması  və fəaliyyəti, bu idman  növlərinin maddi  texniki bazasının  möhkmləndirilməsi və digər aktual məsələlərin həllində  fəal iştirak edir.
Böyüməkdə olan  gənc nəslin fiziki hazırlığını təmin etmək, onların əməyə  və ölkənin müdafiəsinə hazır olmaları naminə assosiasiya təhsil  nazirliyi qarşısında  Milli güləş idmanın  ümumtəhsil məktəblərinin bədən tərbiyəsi proqramına  saldırılmasına 1992-ci ildə   və 2009/10 –cu tədris ilindən etibarən  Zorxana və pəhləvan  güləş idman   növünün  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman  Akademiyasında fənn kimi tədris olunmasına nail olmuşdur.
1990-cı ildən AMİNA-nın prezidenti beynəlxalq dərəcəli hakim, pedaqogika üzrə fəlsəfə doktoru,  Azərbaycan Respublikasının əməkdar məşqçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Xanlar Kazım oğlu Qurbanovdur.
Xanlar Qurbanov  07.09.2008-ci ildə Koreya Respublikasının Bussan şəhərində  Avropa Zorxana İdmanı Konfedrasiyasının  hesabat seçki konfransında  Federasiyanın  vitse – prezidenti və texniki komitəsinin sədri seçilmişdir.
2009- cu ildə  Zorxana və pəhləvan güləşi üzrə keçirilən I Dünya kuboku yarışında ağır çəki dərəcəsində bütün rəqiblərinə  qalib gələrək I yerə layiq görülməsi ilə əlaqədar Beynəlxalq Zorxana İdman Federasiyası (BZİF) tərəfindən  Vüqar Qurbanov “ Cahan pəhləvanı” (dünya pəhləvanı) adına  layiq görüldü  və “Qızıl bazubənd”lə təltif edildi.