Direktor: Bəşirov Yaşar Eyyub oğlu
Ünvan: Bakı şəhəri, H.Əliyev prospekti, 96a AZ-1119
Telefon: (012 567-10-21), (daxili 169, 170), (050) 500-08-68
E-mail: wkf@karate.az
İnternet sayt: www.karate.az

Azərbaycan Milli Karate Federasiyası

Azərbaycanın Milli Karate Federasiyası 1994-cü ildə yaradılmışdır. 1997-ci ildən Milli Federasiya dünyada ən böyük karate təşkilatı sayılan, 183 ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan WKF-in (Ümumdünya Karate Federasiyası) tam hüquqlu üzvüdür. Bir il əvvəl biz EKF-ə (Avropa Karate Federasiyasına) daxil olmuşduq.
Dünya Karate Federasiyasının strukturunun vahidləri aşağıdakılardır: 
ЕКF (Avropa Karate Federasiyası) 53 ölkə www.ekf-karate.net
AKF (Asiya Karate Federasiyası) 40 ölkə www.akf-karatedo.com
OKF (Okeaniya Karate Federasiyası) 9 ölkə www.oceaniakarate.com

AKF (Afrika Karate Federasiyası) 42 ölkə www.karateafrique.org

PKF (Panamerika Karate Federasiyası) 36 ölkə www.karatepkf.com

Ümumdünya Karate Federasiyası (WKF) Beynəlxalq Olimpiya Komitəsinin tanıdığı yeganə karate federasiyasıdır (BOK-nin 17 Mart 1999-cu il tarixli 109-cu sessiyası). Onun məqsədi - olimpiya proqramına daxil olmaq üçün karatenin bütün üslub və istiqamətlərinin ümumi yarış qaydaları altında birləşdirməkdir.
Son bir neçə il Milli Karate Federasiyasının rəsmi sponsoru Azərbaycanın Beynəlxalq Bankı hesab olunur. Onun köməkliyi ilə bizim idmançılar Ümumdünya Karate Federasiyası tərəfindən keçirilən bütün rəsmi yarışlarda iştirak etmək imkanına malikdirlər. Gənclər və İdman Nazirliyi, eyni zamanda Milli Olimpiya Komitəsinin Prezidenti sayılan ölkə Prezidenti İlham Əliyev şəxsən böyük köməklik və dəstək göstərirlər. Bir faktı qeyd etmək xoş olardı ki, İlham Əliyev karate üzrə fəxri 9-cu dan qara kəmərə malikdir və bizim Federasiyanın fəxri üzvü hesab olunur.
Karate üzrə Azərbaycan Milli yığma komandası Avropa və Dünyada ən güclü komandalardan biridir. Ötən illər ərzində bizim karateçilərimiz dəfələrlə beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında öz sözünü deyiblər. Hal-hazırda milli yığma komanda tərkibində - əsl karate ulduzları var: dəfələrlə Dünya və Avropa çempionu, Dünya Oyunlarının qalibi Rəfael Ağayev, Dünya çempionu İsrafil Şirinov, Ayxan Mamayev, Avropa çempionları Abdulkərimov Pərviz, Ceyhun Ağasiyev, Rüstəm Mədədov, İldırımzadə Fəyyaz və Niyazi Əliyev, Avropa çempionatının bürünc mükafatçısı Amal Atayev, Yusif Cəfərov, Atamov Şahin və Rəşad Hüseynov.