Direktor: Məmmədov Fazil Əsəd oğlu
Ünvan: Bakı şəhəri, H.Əliyev prospekti, 2a
Telefon: 012-511-53-34, 012-566-72-18, 012-566-74-31
E-mail: azhf@box.az
İnternet sayt: http://www.azhf.az

Azərbaycan Otüstü Hokkey Federasiyası

Azərbaycan Otüstü Hokkey Federasiyasının fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
1. Azərbaycan Respublikasında ot üstündə hokkey idmanının inkişaf etdirilməsi, şəxsiyyətin harmonik inkişafında və yetişdirilməsində onun rolunun gücləndirilməsi, idmançıların vətənpərvərlik ruhunda tərbiyə edilməsi və idman mübarizəsində bir-birinə hörmət etmələri və yaxşı münasibət göstərmələri
2. Yüksək ixtisaslı idmançılar yetişdirilməsi üçün hazırlıq sisteminin təkmilləşdirilməsi, onların beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışlarını təmin etməli
3. Beynəlxalq yarışların inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün xarici ölkələrin milli federasiyaları ilə sıx əlaqə yaradılması
4. Azərbaycan Respublikası əhalisi arasında ot üstündə hokkeyin geniş yayılması naminə təbliğat və təşviqat aparılması
5. Ot üstündə hokkey idmanı veteranlarının, məşqçilərinin və oyunçularının sosial hüquqlarının qorunması
6. Tanınmış, görkəmli hokkeyçilərin, məşqçilərin və başqa rəsmi şəxslərin namizədliklərinin dövlət təltiflərinə və başqa təltiflərə layiq görülməsinə təsdiq edilməsi
7. Azərbaycan Respublikasında ot üstündə hokkeyin inkişaf etdirilməsi üçün gələcək proqramın işlənməsi və və həyata keçirilməsi
8. Azərbaycan Respublikası çempionatının keçirilməsi reqlamentinin, respublika çempionatının və beynəlxalq yarışların keçirilməsi qaydasının işlənməsi və ona nəzarət edilməsi
9. Klub və milli yığma komandaların iştirakı ilə respublika çempionatı və beynəlxalq yarışların təşkili və keçirilməsi
10. Respublika yığma komandasına məşqçilərin təyin edilməsi
11. Məşqçilərin və başqa ot üstündə hokkey mütəxəssislərinin ixtisas artırma sisteminin yaradılması
12. Federasiyanın nəşr orqanının yaradılması
13. İdmançı və məşqçilərin müqavilə əsasında xaricdə işləməsi üçün sənədlərin hazırlanması və kadrların seçilməsi üçün şərtlərin hazırlanması
14. Olimpiya oyunlarına, Asiya oyunlarına, dünya və Avropa birinciliklərinə və başqa beynəlxalq yarışlara gedəcək nümayəndələrin qrup və ayrıca şəxslərin tərkibinin komplektləşdirilməsi və təsdiq edilməsi
15. Beynəlxalq idman təşkilatlarında AOÜHF marağını təmsil etmək və onun yaradıcılığında yaxından iştirak etmək
16. UGİM və ustalardan ibarət komandaların məşqçi-müəllimlərinin yaradıcılığına nəzarətin həyata keçirilməsi