Direktor: Əsgərov Azad Əsgər oğlu
Ünvan: Bakı şəhəri Səbail rayon, Xəqani küçəsi 21 a AZ-1000
Telefon: (055) 349-77-73, (050) 349-77-73
E-mail: azad-box@mail.ru
İnternet sayt: pankration.az

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası

Azərbaycan Pankration,Grappling və MMA federasiyasına üç idman daxildir

Pankration Federasiyası 29-12-2006-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən yaranıb.

Grappling və MMA (Miks Martial Arts idman növləri 01-05-2012-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən federasiyası yaranıb.

Federasiya Pankration 10 dəfə,Grappling və MMA idman növlərində 5 dəfə Respublika Çempionatları keçirtmişdir.

bu illər ərzində beynəlxalq turnir, Respublika Turnirləri, Respublika Kuboku,  Eyni zamanda onlarla Bakı çempionatı və

Dünya kuboku keçirmişdir.

Azərbaycan Pankration,Grappling və MMA Federasiyası,Beynəlxalq Federasiyaların üzvüdür.

Hal-hazırda Federasiyanın ətrafında 50-ə yaxın İdman Klubuları üzvüdür.

Federasiyanin əsas fəaliyyəti idmandır va Pankration,Grappling və MMA idman növlərini

Azarbaycanda inkişaf etdirməkdir. 3 idman növü üzra təlim məşq  toplantıların təşkil etmək, gənc idmançıların səviyyəsinin artmasəna kömək etmək, gənclər arasında sağlam həyat tərzini təbliğ etmək. Muxtəlif  kurslar va seminarlar, dəyirmi masa va görüşlər və digər mədəni və kütləvi tədbirlər keçirmək. Məqsədləri va fəailiyyəti barədə məlumatı sərbəst yayır qanunvericiliya muvafiq qaydada mətbu nasirlər təsis edir. Azərbaycan Respublikasının aidiyyəti dövlət va bələdiyyə orqanları ilə əməkdaşlıq edir.

Ofis: Bakı şəhəri Səbail rayon, Xəqani küçəsi 21 a

Mobil: 050.055. 3497773

E-mail: azad-box@mail.ru info@pankration.az info@grappling.az

PANKRATION “Pan” və “Kratos” yunan sözlərindən yaranmış və “hərnövçülük” mənasını ifadə edən Pankration kökləri e.ə.648-ci ildən b.e.393-cü illərdə qədim Olimpiya Oyunlarına gedib çıxan yeganə mövcud döyüş idman növü olması ilə fərqlənməklə dünya döyüş sənətinin mirasıdır.Bu gün Pankration qarşıq döyüş sənətinin yüngül forması kimi yaradılmışdır.Pankration həmçinin özünü müdafiənin real forması ola bilər ki, bu da hərbi,polis və təhlükəsizlik təlimləri üçün idealdır.İdmanın ümumi fəlsəfəsinə müvafiq olaraq pankrationçular idmanın vı ədalətli oyunun dəyərlərinə hörmətlə yanaşmalıdırlar və heç vaxt yarışda idmançı yoldaşlarına bilərəkdən xəsarət yetirməməlidirlər.

GRAPPLİNG-güləş,Braziliya Jiu-jitsu və digər döyüş növlərindən yaranmış və rəqibə zərbə endirməməsi nəzərdə tutan hibrid idman növü olaraq əlbəyaxa döyüş sənətinin rəqibə tutma və bağma texnikalarını tətbiq etməklə onun təslim olmağa məcbur etməkdən ibarətdir.İdmanın ümumi fəlsəfəsinə müvafiq olaraq əlbəyaxa döyüşçülər idmanın və ədalətli oyunu dəyərlərinə hörmətlə yanaşmalıdırlar və heç vaxt yarışda idmanşı yoldaşlarına bilərəkdən xəsarət yetirməməlidilər.

MMA (Miks Martial Arts)-qarşıq döyüş növləri həm oturaq,həmdə ayaq üstə vurulan zərbələrlə müşayiət olunan özündə güləş/grapplingi birləşdirən peşəkar və həvəskar döyüş növüdür.

Hal hazirda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən Pankration,Grappling və MMA Federasiyasına Əsgərov Azad Əsgər oölu rəhbərlik edir.