Direktor: Hüseynli Əli Məhəmməd oğlu
Ünvan: Bakı şəhəri,M.K.Atatürk prospekti, 21 AZ-1052
Telefon: (012) 537-12-24, (050) 240-54-05
E-mail:
İnternet sayt: arpbf.az

Azərbaycan Peyntbol Federasiyası

Azərbaycan Republikası Peyntbol Federasiyasının ictimai birliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 28 fevral 2014-cü il tarixində dövlət qeydiyyatına alınmışdır;
Federasiya 1 aprel 2014-cü il tarixindən Avropa Peyntbol Federasiyasının tam hüquqlu üzvüdür.
Federasiya ölkədə gənclərin milli-mənəvi inkişafının təmin edilməsinə dəstəyin göstərilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsinə, həmçinin hərbi qulluqçuların və hüquq mühafizə orqanları əməkdaşlarının peyntbol idman növünə cəlb edilməsi işinə xidmət edir;
Peyntbol idman növü üzrə müxtəlif səpgili yarışların keçirilməsi idman qanunvericiliyinə görə Federasiyanın vəzifələrindəndir və belə yarışların keçirilməsi Federasiyanın 28 fevral 2014-cü il tarixində təsdiq edilmiş Nizamnaməsi üzrə əsas fəaliyyət istiqamətidir;
Federasiya öz səlahiyyətləri çərçivəsində peyntbol idman növü üzrə mxtəlif yaş qruplarında milli yığma komandaların formalaşmasını və beynəlxalq yarışlarda onların iştirakını təşkil edir; peyntbol idman növündə idmançıların hazırlığı sistemini qurur və təkmilləşdirir; eləcə də beynəlxalq federasiyalar tərəfindən təsdiq edilmiş qaydalar nəzərə alınmaqla milli qaydaların hazırlanmasını həyata keçirir; 
Azərbaycan Respublikası Bədən tərbiyəsi və idman haqqında qanunun 13.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr, bədən tərbiyəsi və idman yönümlü təşkilatlar əhalinin müxtəlif qruplarının yaş, peşə və sosial xüsusiyyətlərini nəzərə almaqla, bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən edirlər, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etməlidirlər. Gənclərin fiziki hazırlığının yüksəldilməsi və müxtəlif idman növlərinə cəlb edilməsi müxtəlif orqanların qarşısında duran vəzifələrdəndir;