Direktor: Cəfərov Qənbər Məhərrəm oğlu
Ünvan: Bakı şəhəri, Olimpiya küçəsi, 4 AZ-1072
Telefon: (050) 358-70-64
E-mail: 19x19@box.az
İnternet sayt: azgofed.org

Azərbaycan Qalaqapı (Qo) Federasiyası

“Azərbaycan Qalaqapı (Qo) Federasiyası” ictimai birliyi əsasən öz fəaliyyətini Azərbaycan Respublika¬sında Qalaqapı (Qo) idman növünün hərtərəfli inkişafına xidmət istiqamətində həyata keçirən könüllü qeyri hökumət təşkilatıdır. “Federasiya” öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiya¬sı, qanunları və digər normativ-hüquqi aktları, Nizamnaməni əsas tutur.

“Federasiya” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mil¬li Olimpiya Komitəsi və digər yüksək səlahiyyətli idman təşkilatları ilə bərabər olim¬pi¬ya hərəkatı prinsiplərinin həyata keçirilməsinə kömək edərək, Azərbaycan Respubli¬ka¬sı ərazisində qalaqapı (qo) idman növünün tətbiqi ilə əhali¬nin bədən tərbiyəsi fəaliyyətinə cəlb edilməsi, bu sahədə müvafiq kadrların, bacarıqlı id¬man mütəxəssislərinin hazırlanması, qalaqapı (qo) idman növü üzrə milli yığma ko-man¬daların forma¬laşması və yüksək səviyyədə hazırlığı, onların mütəmadi olaraq Dün¬ya qo və Avropa “GO” çempionatlarına, həmçinin digər beynəlxalq qalaqapı (qo) stajkeçmə-təcrübə mübadilələrinə, topla¬nışlarına, yarışlarına göndəril¬mə¬si məsələlərində fəallıq göstərərək əməkdaşlıq etmək.

“Federasiya” Şərq mədəniyyətinin incisi olan qalaqapı (qo)  qədim milli xalq oyununun uşaq, yeniyetmə və gənclərin müasir tələblərə cavab verən düşüncə tərzinin formalaşmasında əvəzedilməz rolunu, beynəl¬xalq aləmdə qo (“GO”) kimi qəbul edilən əqli idman oyun¬ları çərçivəsində inkişafını alqışlayır. Bu mənada “Fe¬derasiya” «Ənənədən kütləviliyə, kütləvilikdən ustalığa» məşhur Olim¬pi¬ya devi¬zinə əməl edərək, Azərbaycan qalaqapıçılarının əqli idman oyunları çərçivə¬sində Bey¬nəlxalq Olimpiya yarışlarında uğurlu başlanğıcını qoymaq üçün «Qalaqapı (qo) milli idman növünün perspektiv inkişaf Konsepsiyası»nın işlənilməsi və həyata keçirilməsinin təminatçısıdır.

“Federasiya” idmanda dopinqə qarşı mübarizə aparır, idman yarışları, digər kütləvi-idman təd¬bir¬ləri zamanı və ondan sonrakı dövrdə bunu rəhbər tutur.