Direktor: Allahverdiyev Tanrıverdi Əslan oğlu
Ünvan: Bakı şəhəri, Ə.Kürçaylı küş 2d AZ-1000
Telefon: (050) 317-76-73, (055) 685-75-05
E-mail: gojuryuaz@gmail.com
İnternet sayt: http://gojuryu.az

Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyası

Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının

İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ

  1. Federasiyanın prezidenti – Allahverdiyev Tarverdi Əflan oğlu
  2. Federasiyanın vitse-prezidenti – İlham Mədətov
  3. Federasiyanın vitse-prezidenti – Qurbanov Firudin İsa oğlu
  4. Federasiyanın vitse-prezidenti – Hüseynəliyev Firdovsi İmran oğlu
  5. Federasiyanın vitse-prezidenti – Həziyev Vüqar Həzi oğlu 
  6. Beynəlxalq şöbənin rəisi – Əliyev Vahid Hacıağa oğlu 
  7. Baş katib – Xəlilov Vidadi Nizami oğlu 
  8. Katib – Hüseynov Pərviz Şahin oğlu 
  9. Baş hakim – Abbasov Əliqulu Feyruz oğlu
  10. Hakim – Məstiyev Samir Bəylər oğlu 
  11. Baş məşqçi (yeniyetmə, gənclər və kişilər arasında) – Allahverdiyev Tarverdi Əflan oğlu
  12. Məşqçi (kişilər arasında) – Hüseynov Mehman Abdulhəmid oğlu 
  13. Məşqçi (gənclər arasında) – Həzili Müşviq Vüqar oğlu 
  14. Məşqçi (yeniyetmələr arasında) – Dadaşov Aydın Tofiq oğlu

QOCYU-RYU KARATE-DO QISA TARİXİ

1675-ci ildə dahi usta Sensey Xiqaonna Kanre Çinin Bukein əyalətinə Çin Kempo döyüş sənətini öyrənməyə gedir. Sensey Xiqaonna Kanre 15 ilə yaxın Çində yaşayaraq döyüş sənətini öyrənir. 
Sensey Miyaqi Çöcun Karate-Do Qocyu-Ryunun yaradıcısı (1888-1953)-cü illərdə yaşamışdır. Sensey Miyaqi Çocun ənənəvi Çin kemposuna uyğun “sərt və yumşaq” mənasını verən, “qocyu-ryu” adlandırdı. Sensey Miyaqi müxtəlif karate məktəbləri ustadlarından birincisi idi ki, öz döyüş növünü adlandırmışdı. Müharibə bitəndən bir il sonra, 1946-cı ildə o, Okinava mülki tərbiyə assosiasiyasının direktoru olur və polis adademiyasında karateni tədris etməyə başlayır.

Yaponiyanın Okinava adasından çıxan Qocyu-Ryu Karate-Do söz olaraq Yapon dilində Səma və Yer “Ken Kon” adlanır. “Ken” - Səma, “Kon” - Yerdir. Səma dairə, Yer isə kvadrat formasında Səma və Yerin hədsizliyini simvolizə edir. Səma mütəhərrikliyə, Yer isə bərkliyə uyğun gəlir. Emblem Yerin və Səmanın timsalında təbiatdə, həyatda olan harmoniyanı ifadə edir. 

Qocyu-Ryunun mənası gerblə birbaşa əlaqədardır. Belə ki, Qo - Bərk, Cyu isə Yumşaq deməkdir.

FEDERASİYANIN TƏMSİL VƏ TƏBLİĞ ETDİYİ İDMAN NÖVLƏRİ

Qocyu-Ryu Karate-Do, Kempo-Ryu, Kobudo (özünümüdafiə silahla, silahsız)