Direktor: Əhmədov Cəsarət Mehman oğlu
Ünvan: Bakı şəh, Elşən Süleymanov küçəsi 160
Telefon: (012) 374-86-84, (012) 374-86-85, (050) 313--86-83
E-mail: azearmsport@rambler.ru
İnternet sayt: www.aqgf.az

Azərbaycan Qol Güləşi Federasiyası

Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) təsisçisi və prezidenti Cəsarət Mehman oğlu Əhmədovdur. Federasiya 2009-cu ildə,  Cəsarət Əhmədov tərəfindən yeni yaradılmış idman klublarının əsasında təsis olunmuşdur.

AQGF-nın əsas fəaliyyət istiqaməti Azərbaycanda qol güləşi idman növünün daha da inkişaf etdirilməsi, beynəlxalq yarışlarda ölkəmizin bu idman növündə hər zaman ləyaqətlə təmsil olunması və yetişməkdə olan gənc nəslin fiziki-mənəvi baxımdan sağlam, milli-vətənpərvər ruhda formalaşdırılmasıdır.

Hal-hazırda respublikanın 21 bölgəsində AQGF-nın 29 nümayəndəliyi uğurla fəaliyyət göstərir. Federasiyanın baş ofisində 20 nəfər əməkdaş çalışır.
2009-2015-ci illər ərzində Qol güləşi üzrə dünya və Avropa çempionatlarında idmançılarımız  54-ü qızıl, 49-u gümüş və 38-i bürünc olmaqla, ümumilikdə 141 medal qazanmışlar.
2014-cü ilin 18-25 may tarixlərində Qol güləşi üzrə Avropa çempionatı ilk dəfə olaraq Bakıda keçirilmişdir. XXIV Avropa çempionatında 30 ölkənin 700-ə yaxın idmançısı iştirak etmişdi. Yığmamız ümumi komanda hesabında müxtəlif təsnifat dərəcələrində 2 gümüş, 2 bürünc kuboka sahib olmuşdur. Çempionatın son nəticələrinə görə isə Azərbaycan milli yığması, üçüncü yerə layiq görülmüşdür.

Bu gün Azərbaycan Qol Güləşi Federasiyası istər ayrı-ayrı ölkələrin federasiyaları ilə, istərsə də  Avropa və Dünya Armrestlinq federasiyaları ilə səmimi dostluq və əməkdaşlıq münasibətləri qura  bilmiş, öz nüfuzunu təsdiqləmiş və bütün bu qurumlar  tərəfindən bərabərhüquqlu tərəfdaş kimi tanınmışdır.