Direktor: Rəfibəyli Eldəgiz İslam oğlu
Ünvan: Bakı şəhəri, Nərimanov, Olimpiya küçəsi, 4 AZ-1072
Telefon: (050) 339-25-45
E-mail: eldegiz.rafibeyli@yahoo.com
İnternet sayt: az.rugby.az

Azərbaycan Reqbi Federasiyası

Digər bəzi idman oyunları kimi bu atletik oyun Azərbaycanda keçən əsrin 30-cu illərində yayılmışdır. Ikinci Dünya müharibəsindən sonrakı dövrdə reqbi daha az oynanılmağa başlandı, ittifaq və respublika çempionatları həyata keçirilmirdi. Reqbi oyunun əleyhidarları bunu reqbinin süni yolla yayılması faktı ilə əlaqələndirərək, bu səbəbdən də onun yayılmasının əleyhinə idilər.
Reqbi qüvvət tələb edən idman növlərinin vəhdətidir. Reqbiçilər qısa məsafədə qaçış idmançıları və yaxud quvvət tələb edən idman növü ilə məşqul olan idmançılarla tək-bə-tək yarışa və uğurla rəqabət apara bilərlər.

Ani yaranan kombinasiyalarla, qruplaşmış qüvvət tələb edən mübarizə ilə zəngin olan bu maraqlı oyunun öz ikinci həyatına keçmiş əsrin 70-ci illərində gəldi.
Ilk öncə komanda o dövrdəki Bakı İdman Komitəsinin sədri Əbdül Sadıx oğlu Sadıxovun köməkliyi ilə mən tərəfdən “Dinamo” UİC, daha sonra isə “Neftçi” UİC bazasında formalaşmışdır. Həmin illərdə biz respublika tərəfindən ittifaq birinciliyin birinci liqasında çıxış etdik və bizim öz birinciliyimizin olmamasına baxmayaraq, biz ümumittifaq yarışmalarında Respublikanı layiqli təmsil etmişdik!

1972-ci ildən 1976-cı illərdə kimi Bakıda hər il Bakı şəhər İcra Hakimiyyətinin mükafatı uğrunda ümumşəhər turnirləri keçirilirdi. Turnirlərdə Krasnoyarsk, Novosibirsk, Pribaltika Gürcüstan komandaları daxil olan bütün SSRİ-dən 10 komanda iştirak edirdilər. Bu oyunların fraqmrntləri hal-hazırda AzTV idman verlişlərinin arxivində saxlanmışdır.
Respublika İdman Komitəsi UİC reqbi oyunun inkişafı və məhşurlaşması barədə kolleqiyada məsələ qaldırılmışdır. Lakin, təəsüf ki, bu məsələ həyata keçməmiş qaldı. Daha sonra, reqbiçilər, İttifaq komandalarına keçərək, yeni komandalarında öz layiqli yerlərini tutdular.

Hal-hazırda, Rusiyanın reqbi üzrə 19 əməkdar məşqçiləri sırasında bizim həmyerlimiz – Eldar Aslanov da var.

Reqbinin Azərbaycanda üçüncü dirçəlişi 90-cı illərin sonuna, xarici şirkətlərin işçilərindən ibarət qrupun Bakı gənclərini cəlb etdiyi dövrə təsadüf edir.
Təxminən 1999-cu ildən başlayaraq, reqbi ilə məşqul olmaq istəyənlər üçün mənim rəhbərliyim altında müntəzəm məşqlər keçirilməyə başladı.

Xarici şirkətlərin öz işçilərinə icarəyə götürdüyü “Neftçi” idman bazasında reqbi üzrə xarici vətəndaşlardan əlavə 40-50 nəfər Azərbaycan oyunçusu da iştirak edirdi.
2000-ci ildə xarici şirkətlərin icarə haqqı ödəməkdən imtina etdiyi üçün reqbi müvəqqəti olaraq öz fəaliyyətini dayandırılmışdır. Yalnız yarım ildən sonra yenidən komandanın yığılması mümkün oldu və idman meydançası bir neçə ay oyunçuların şəxsi vəsaitləri hesabına icarə olundu.

2001-ci ildə həmin dövrdə Azərbaycanda fəaliyət göstərən xarici şirkətlərinin birinin rəhbəri tərəfindən reqbinin inkişafına yenidən təkan verdi. Xoşbəxtlikdən, o, həmçinin reqbi üzrə məşqçi və bu oyunun böyük həvəskarlarindan idi. Onun rəhbərliyi altında 2001-ci ildə Bakı Reqbi Klubu yaradılmıshdır (Ədliyə Nazirliyində 2003-cü ildə qeydə alınmışdır). Həmçinin 2001-ci ildə tərkibində o dövrdə həm xarici, həm də Azərbaycan vətandaşları oynayan Bakı Reqbi Klubu (BRK) Dubayda keçirilən Reqbi-7 beynəlxalq yarışlarda iştirak etdi. Həmin ildə BRK bir oyunun qalibi oldu, iki oyunu isə uduzdu. Müqaisə xatirinə qeyd edək ki, düz bir ildən sonra, tərkibi artıq Azərbaycan vətəndaşlarindan ibarət BRK həmin turnirdə içtirak edərək və 5 oyunun qalibi olaraq və təəsüflər olsun ki, son dəqiqədə məğlum olaraq, turniri ikinci yerdə yekunlaşdırdılar. Belə məğlubiyətə baxmayaraq, gənc, məhşur olmayan belə bir klubun uğurlu iştirakı, həmən turnirin sensasiyasına çevrilmişdir.

2001-ci ildən başlayaraq, Azəbaycanı təmsil edən yeqanə klub kimi BRK Bakıda, eləcə də Tbilisidə Gürcüstan klublarına qarşı yoldaşlıq yarışmalarda iştirak etmişdir. Bu xoş ənənə indiyə kimi qorunub saxlanmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, sonralar əksər iştirakçıları BRK ibarət olan Azərbaycanın yığma komandası beynəlxalq yarışlara hazırlıq məqsədi ilə Gürcüstanın çempionatında vəKubokunda iştirak etmişlər.

2003-cü ilin sonunda ilk dəfə milli yığma komandanın yaradılması məsələsi ortaya çıxdı. Bu məqsədlə, yenə də xarici şirkətlərin vəsaitlərin hesabına, gürcüstandan komandaya 2006-cı ilə qədər başçılıq edən məşqçi dəvət olunmuşdur. Həmin dövr ərzində (2003 – 2006-cı illərdə) komanda müntəzəm olaraq Reqbi-15, eləcədə Reqbi-7 yarışları üzrə yoldaşlıq yarışlar keçirərək, məşqləri gücləndirmişdir. 2003-cü il həmçinin reqbi üzrə ilk Azərbaycan çempionatı keçirilməsi ilə yadda qaldı.

Sonrakı illər Respublikada reqbi oyununu populyarlaşmasına diqqət güclənmişdir. İnkişaf proqramı çərçivəsində Sumqaitdə və Cəlilabadda bu oyun üzrə klublar təhsis edilmiş, eləcədə hal-hazırda AFR üzvü olan qadın reqbi klubu yaradılmışdır. Ölkədə reqbinin gələcəyini düşünərək, biz həmçinin Bakıda üç uşaq evinin bazasında reqbi seksiyalarını yaratmışıq. Hal hazırda bu uşaq evlərinin birinin bazasında yerləşən yeni klubun qeydiyati prosesi həyata keçirilir. İki digər uşaq evinin nəzdində də belə klubların yaradılması planlaşdırılır.
Reqbinin uşaq yaşlarından öyrənilməsini nəzərə alaraq, orta yaş həddi 12-13 yaş olan və uşaqların sayı üzdən çox olan uşaq evlərinin üzvləri arasında geniş yayılır. O cümlədən də, uşaq evinin üzvləri olmayan da uşaqlar cəlb olunurlar. Məhz uşaqlar bizim gələcəyimiz və fəxrimizdir.

Bununla yanaşı bu idman növünün yayılması məqsədi ilə Bakıda artıq altı il ardıcıl olaraq Reqbi-7 üzrə Azərbaycandan, Gürcüstandan, İrandan və Rusiyadan komandalar yığan açıq turnir keçirilir.

2004-cü ildə Azərbaycan Reqbi Federasiyası yaradılmışdır (qeydiyatdan 2005-ci ildə keçmişdir). Həmin ildə Həvəskar Reqbi Beynəlxalq Federasiyasına – Avropa Reqbi Assosiyasiyasına – Assotiation Europenee de Rugby-yə Azərbaycan onun üzvü seçilməsi haqqında Baş Asambleyada yekdilliklə təstiq edilən ərizə verilmişdir.

2005-ci ilin aprel ayında Azərbaycan Avropa Çempionatı Çərçivəsində Bosniya və Qerseqovinaya qarşi iki oyun keçirtmişdir. Nəticədə respublikadan kənarda keçirilən oyun komandamızın məğlubiyəti ilə bitmiş, lakin iki həftə sonra Bakıda keçirilən qarşılığı bizim reqbiçilərimiz Bosniyalılar üzrə qələbə çalmışlar, bu da ilk ölkədaxili oyunun keçirilməsində olduqca böyük əhəmiyyət kəsb edir. Bosniyanın yığma komandasının reyting cədvəlində olduqca yuxarıda yerləşdiyini qeyd etmək yerinə düşərdi. 

O vaxtdan Azərbaycan həm Reqbi-15, həm Reqbi-7 üzrə Avropa Çempionatındamüntəzəm şəkildə iştirak edir.

Yuxarıda qeyd olunduğu kimi ARF 2005-ci ildən FİRA-AER üzvüdür. Hal hazırda Azərbaycanın Beynəlxalq Reqbi Şurasına (İRB – İnternational Rugby Board) üzv seçilməsi barədə məsələ qaldırılmışdır. Həmin məsələnin müsbət həlli zamanı Azərbaycan Dünya Çempionatının seçmə turnilərində iştirak etmə imkanı əldə edir.

2001 – ci ildən başlayaraq, bir neçə il ərzində bu idman nüvünün bizim ölkədə dirçədilməsi və inkişafı üzrə böyük tədbirlər həyata keçirilir. Faktiki olaraq, sıfrdan başlayaraq və yalnız oval formalı topa və qumla örtülmüş meydançaya sahib olaraq, ümumi məqsəd uğrunda mübarizə aparan reqbiçilər Azərbaycanı dünyanın reqbi xəritəsində tanınmasına nail olmuşlar. Son keçən ilki turnirdə Azərbaycan komandası böyük potensiala malik, güclü mübarizə aparmağa qadir olan komanda kimi tanınmışdır.

2005-2006-cı illərdə ölkədə reqbi öz yüksək inkişaf zirvəsinə çatmışdır.