Direktor: Zeynalov Elçin Fuad oğlu
Ünvan: Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 2 AZ-1000
Telefon: 012-465-33-25, 012-599-00-136; Faks: 012-465-33-25
E-mail: office@amaf.az
İnternet sayt: www.amaf.az

Azərbaycan Avarçəkmə Federasiyası

Federasiya məqsədlərinə nail olmaq üçün öz fəaliyyətini aşağıdaki istiqamətlərə yönəldir:

Federasiya idmanı təbliğ edir və onu inkişaf etdirir, bu məqsədlə kütləvi informasiya vasitələrindən istifadə etməklə ictimai tədbirlər keçirir, o cümlədən bu sahədə

Proqramlar işləyib hazırlayır, treyninq kursları, təlim toplantıları, seminarlar, simpoziumlar təşkil edir;

Azərbaycan respublikası daxilində avarçəkmə və kanoe üzrə yerli və ya beynəlxalq müsabiqələr və çempionatlar keçirir;

Avarçəkmə və kanoe idman növləri üzrə klubların açılmasını təmin edir və həmin klublara  üzvlər cəlb etmək üçün həmin klublar haqqında geniş informasiya yayır.

Həmin klubların artırılması üçün  tədbirər görür;

Bəynalxalq çəkişmə qaydalarına uyğunlaşdırılmış yerli çəkişmə qaydalarını işləyib hazırlayır;

Avarçəkmə bazalarının və yaxtklubların tikilməsində iştirak edir və onların layihə smeta  sənədlərinin hazırlanması üçün müsabiqə elan edir;

Bynəlxalq təşkilatlar və xarici ölkələrin milli federasiyaları ilə əlaqələrini və  əməkdaşlığını möhkəmləndirir və inkişaf etdirir;

Avarçəkmə və kanoe üzrə idman növləri təmiz hava və təmiz su tələb etməsi ilə əlaqədar ətraf mühitin təmizlənməsi proqramlarının işləyib hazırlanmasında iştirak edir, yerli dövlət ekilogiya orqanları ilə əməkdaşlıq edir;

Federasiyanın simvolikası ilə mükafat atributlarının buraxılmasını təşkil edir;

Avarçəkmə və kanoe idman növləri üzrə idman inventarında, avadanlığında, geyimində və ayaqqabida təlabatı öyrənir və bununla bağlı idman təyinatlı məhsulları və digər idman vasitələtini əldə edir  və istehsal edir;

Idman qurğuları, tikililərini əldə edir və icarəyə verir;

Avarçəkmə və kanoe idman növləri üzrə təcrübə mübadiləsi aparır, bu sahədə yeni istiqamətlər öyrənir və bununla bağlı muasir ədəbiyyatın dərc olunmasında və yayılmasında iştirak edir;

Dopinq və başqa narkotik və ya psixotrop bəndələrinin istifadə etməsinə qarşı mübarizə ilə bağlı proqramlar işləyib hazırlayır;

İdmançəların, məşqçilərin və hakimlərin hüquq və maraqlarının müdafiəsini təmin edir;

Hər il üçün yığma komandaların və məşqçilərin heyətini müəyyənləşdirir və həmin idman növləri üzrə idman hakimlərinin hazırlanması işləri ilə məşğul olur;

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qadağan olunmayan və həmçinin bu nizamnamədə göstərilməyən başqa növ fəaliyyətlərin müəyyən edilmiş qaydada həyata keçirir.