Direktor: Quliyev Elçin İşağa oğlu
Ünvan: Bakı şəhəri, Binə qəsəbəsi, Mərdəkan şossesi 63 AZ-1045
Telefon: (012)-565-31-51; Faks: (012)-565-31-52
E-mail: info@araf.az
İnternet sayt: www.araf.az

Azərbaycan Atçılıq Federasiyası

1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası (ARAİF) yaradılmışdır. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlandı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçilmişdir və idarə heyətinin yeni tərkibi yaradılmışdır. Az vaxt ərzində federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) qoyuldu. Nizamnamənin və adın dəyişdirilməsi Azərbaycanda atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrini deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin inkişafını da öz öhdəsinə götürdü.