Direktor: Qurbanov Cavid Qənbər oğlu
Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 12 AZ-1000
Telefon: (012) 493-60-25, (012) 498-09-84
E-mail: azvolley@gmail.com
İnternet sayt:

Azərbaycan Voleybol Federasiyası

1997-2000-ci illər ərzində Azərbaycan voleybol komandaları Avropa Voleybol Konfederasiyasının qərarına əsasən rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edilmişlər. Yalnız 4 illik fasilədən sonra - 2001-ci ildən etibarən komandalar yenidən beynəlxalq yarışlara buraxılmışlar.
Beynəlxalq yarışlarla yanaşı olaraq, Federasiya Azərbaycan Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparmışdır.
Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilir.
Bu müddət ərzində Azərbaycanda uşaq voleybolunun inkişafına qayğı göstərilmiş və Liqalarda iştrak edən klub və komandaların nəzdində uşaq bölmələri yaradılmışdır.
Həmçinin Azərbaycanı Avropa kubok yarışlarında təmsil edən klubların sayı da getdikcə artmaqdadır. Qazanılan mükafatlar
Hazırda Azərbaycanda Avropa Voleybol Konfederasiyasının qərarı ilə Voleybol Akademiyasının yaradılması istiqamətində müvafiq işlər aparılır.