Əkrəm Süleyman oğlu Hətəmov

Təhsil

1986-cı ildə Moskva Kooperativ Institutunu bitirmişdir.

Əmək fəaliyyətinə 03.11.1981-ci ildə Paris Kommunası adına Xəzər Dəniz Gəmiçiliyi İB-nin Baş İdarəsində mühasib kimi başlamışdır. 29.04.1987- 26.04.1990-cı illər ərzində Azərbaycan LKGİ-nin Mərkəzi Komitəsində təlimatçı, 17.09.1991-27.07.1992-ci illərdə Paris Kommunası adına Xəzər Dəniz Gəmiçiliyi İB-nin Xəzər Gəmi Ticarəti Baş İdarəsində Partiya Komitə katibi vəzifələrini icra etmişdir. 01.09.1994-28.07.2000-ci illərdə Azərbaycan Karate-do Fidokan Federasiyasinın Vitse-Prezidenti vəzifəsində çalışmışdır. 07.08.2000-14.02.2006-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Nizami rayon Təhsil şöbəsində baş mühasib vəzifəsində işləmişdir. 01.09.2006-cı ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mühasibatlıq uçotu sektorunun müdiri vəzifəsini icra edir.

Əkrəm Süleyman oğlu Hətəmov

Sektor müdiri

Dövlət qulluğunun kiçik müşaviri

012-465-84-28