İntiqam Vaqif oğlu Babayev

Babayev İntiqam Vaqif oğlu 22 iyun1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 247 saylı orta məktəbi bitirmişdir. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetdə ali təhsil almış, tarix fakültəsinin məzunu olmuşdur. 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almış, İnzabati idarəetmə fakültəsinin məzunu olmuşdur.
Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlamışdır. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999 – 2000 ildə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən etibarən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

İctimai fəaliyyət:
1991 – 1994 Tarixçi - tələbələrin Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü
1994 – 1998 Bakı Gənclər Klubunun prezidenti
1995 – 1998 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Ailəlidir, 2 övladı var.

 

İntiqam Vaqif oğlu Babayev

Nazir müavini

012-465-62-73