Əli Elman oğlu Məmmədov

Təhsil

1993 - Azərbaycan Inşaat Mühəndisləri Institutu-Hidromelorasiya

2009- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası- Dövlət və bələdiyyə idarəetməsi

Əmək fəaliyyətinə 24.09.1985-ci ildə Az.SSR Texn. İnventarlaşdırmanın Mərkəzi Bürosunda texnik kimi başlamışdır. 12.08.1988-15.12.1994-cü illərdə Füzuli rayon Suvarma İB-də operator kimi çalışmışdır. 05.12.1997-17.07.2000-ci illər ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Gənclərlə iş üzrə baş İdarənin Gənclərin sosial proqramları şöbəsində təlimatçı vəzifəsində  işləmişdir. 17.07.2000-01.06.2001-ci illərdə nazirliyin Gənclərin sosial proqramları şöbəsinin rəisi, 01.06.2001-01.05.2006-ci illərdə isə Mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi şöbəsinin rəisi vəzifəsini icra etmişdir. 01.05.2006-cı ildən nazirliyin Gənclərlə iş şöbəsinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri vəzifəsini icra edir.

Əli Elman oğlu Məmmədov

Sektor müdiri

Dövlət qulluğunun kiçik müşaviri

012-465-84-16