İsmayıl Sultan oğlu İsmayılov

İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 01 yanvarda Naxçıvan şəhərində anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984-1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” nı  idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir. 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür. 1982-1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri, 1992-1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssisi, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçısı, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 

Ailəlidir, iki oğlu var

 

İsmayıl Sultan oğlu İsmayılov

Nazir müavini

012-465-80-34