Fikrət Akif oğlu Hüseynov

Təhsil

1991 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası- bədən tərbiyəsi müəllimi, məşqçi

Əmək fəaliyyətinə 26.05.1986-cı ildə Bakı şəhər İcraiyyə Komitəsi, Təmir-tikinti İdarəsində fəhlə kimi başlamışdır. 15.05.1992-01.05.1997-ci il müddətində Baki Metropoliteni, "Nərimanov" Elektrik deposunda məşqçi vəzifəsini icra etmişdir. 01.05.1997-23.05.2006-cı illərdə "Neftçi" Veteranlar klubu, "Saglamlıq Mərkəzi"-də direktor vəzifəsində işləmişdir.  19.08.2009-15.03.2017 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İdman şöbəsinin Silsiləvi və oyun idman növləri sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışmışdır. 15.03.2017-ci ildən nazirliyin İdman şöbəsinin Futbol sektorunun müdiri vəzifəsində çalışır. 

Fikrət Akif oğlu Hüseynov

Sektor müdiri

Dövlət qulluğunun kiçik müşaviri

012-465-62-78