Lütfiyar Əyyub oğlu Rüstəmov

Təhsil

1984- Azərbaycan Dövlət Universiteti- Fizika müəllimi

Əmək fəaliyyətinə 03.10.1978-ci ildə Bakı Yüksəkvoltlu Elektrik Avadanlığı zavodunda başlamışdır. Əmək fəaliyyətini müxtəlif dövlət qurumlarında davam etdirmiş, 21.07.1992-13.04.1993-cü illər ərzində isə Azərbaycan Respublikası Yüksək İdman Ustalığı məktəbində təlimatçı-metodist vəzifəsində işləmişdir. 01.10.2000-12.07.2006-cı illərdə Nəsimi rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir. 12.03.2007-07.03.2008-ci illərdə AR Gənclər və İdman Nazirliyində İdman şöbəsinin İdman məktəbləri sektorunda aparıcı məsləhətçi, 11.03.2008-31.03.2017-ci illər ərzində isə Baş məşqçilər söbəsində Tennis idman növü üzrə baş məşqçi vəzifəsində işləmişdir. 01.04.2017-ci ildən Gənclər və İdman Nazirliyində İdman şöbəsinin İdman məktəbləri sektorunun müdiri vəzifəsində çalışır.

Lütfiyar Əyyub oğlu Rüstəmov

Sektor müdiri

2-ci dərəcə dövlət qulluqçusu

012-465-63-19