Aydın Ağa-Əli oğlu Məmmədov

Təhsil

1991-ci il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - bədən tərbiyəsi müəllimi, məşqçi

2008-ci il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - Dövlət və bələdiyyə idarəetməsi

Əmək fəaliyyətinə 13.08.1984-cü ildə Azərbaycan Elmi Tədqiqat baytarlıq institutunda laborant kimi başlamışdır. 03.04.1991-09.09.1994-cü illərdə Azərbaycan Gənclər İttifaqı Nərimanov rayon Komitəsində sədr vəzifəsində çalışmışdır. 09.09.1994-01.03.1999-cu illər ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. 17.07.2000-01.05.2006-cı illərdə nazirliyin Bədən tərbiyəsi kütləvi idman növləri və idman avtomobilizmi şöbəsinin müdiri, 01.05.2006-cı ildən isə İdman şöbəsinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri vəzifəsini icra edir. 

Aydın Ağa-Əli oğlu Məmmədov

Sektor müdiri

Dövlət qulluğunun kiçik müşaviri

012-465-65-03