Gülgəz Əbülfəz qızı Tağıyeva

Təhsil

1986-cı il Bakı Dövlət Universiteti- kimyaçı-müəllim

Əmək fəaliyyətinə 01.09.1979-cu ildə S.M.Kirov adina Klubda  bədii rəhbər kimi başlamışdır. 19.01.1980-02.09.1993-cü illər ərzində Sumqayıt Tibb Texnikumunda laborant vəzifəsində, 01.01.1995-ci il tarixinə qədər isə Tibb Texnikumunda Gənclər Məclisinin sədri olmuşdur. 01.01.1995-14.06.1998-ci illərdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin söbə rəisi vəzifəsində çalışmışdır. 20.10.1999-01.06.2002-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı şöbəsində aparıcı inspektor kimi işləmişdir. 01.06.2002-01.05.2006-cı illər ərzində Gənclər, idman və Turizm Nazirliyində Kadrların uçotu bölməsinin müdiri, 01.05.2006-cı ildən isə Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Kadrların uçotu sektorunun müdiri vəzifəsində çalışır. 

Gülgəz Əbülfəz qızı Tağıyeva

Sektor müdiri

Dövlət qulluğunun kiçik müşaviri

012-465-64-17