Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
XƏBƏRLƏR
2011-10-05 14:28
Azərbaycan -Amerika Gəncləri İctimai Birliyi iki şəbəkənin üzvü oldu Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi ötən ay iki beynəlxalq şəbəkəyə üzv olmuşdur. Bunlardan biri Amerika Birləşmiş Ştatlarının “Three Dot Dash” koalisiyası digəri isə Beynəlxalq İnkişaf Alyansıdır. (İDA).
2011-10-04 13:46
Yakutskda keçirilən turnirdə 1 bürünc medal qazandıq 1-2 oktyabr 2011-ci il tarixdə Rusiya Federasiyasının Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. Yığma komandanın 3 üzvünün iştirak etdiyi turnirdə təmsilçilərimizdən yalnız İbrahim Yusubov fəxri kürsüdə özünə yer tuta bilib. Təmsilçimiz 74 kq çəki dərəcəsində bürünc medal qazanıb.
2011-10-04 11:39
“Avropanın Aktiv Vətəndaşları: Könüllülük” Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının (AGAT) sədri Gülsel Səfərova 29-30 sentyabr, 2011-ci il tarixində Avropa Komissiyasının Polşada Nümayəndəliyi, Avropa İqtisadi və Sosial Komitəsi tərəfindən “Avropanın Aktiv Vətəndaşları: Könüllülük” adlı beynəlxalq yüksək səviyyəli konfransda iştirak etmişdir.
2011-10-03 15:30
Azad Rəhimov: “Kafedranın fəaliyyətə başlamasından bu günə qədər olan qısa vaxt ərzində ölkəmizə olan tələbə marağının artması bizi çox sevindirir.” Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri, professor-doktor Eva-Maria Auxun rəhbərliyi ilə Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının bir qrup tələbə və doktorantı ilə görüş keçirib.
2011-10-03 11:11
“Bu gün Azərbaycanda bütün idman növləri inkişaf etməlidir.” Bu fikirləri Gənclər və İdman naziri Azad Rəhimov Sportinq (stend atıcılığının müxtəlif növçülüyü) idman növü üzrə yığma komandanın üzvləri ilə görüşündə deyib. Nazirlikdə baş tutan görüşün əsas səbəbi 24-29 sentyabr 2011-ci il tarixində Bakıda sportinq idman növü üzrə təşkil olunmuş Qran-Pri Beynəlxalq turnirinin qaliblərini təbrik etmək idi.
2011-10-01 13:07
“Vətən sərhəddən başlayır” 30 sentyabr 2011-ci il tarixdə Xaçmaz rayonunda “Vətən sərhəddən başlayır” adlı mədəni-kütləvi tədbir keçirilmişdir.
2011-09-30 16:29
Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri Bakıya gəlir Oktyabrın 2-dən etibarən Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri, professor-doktor Eva-Maria Auxun rəhbərliyi ilə Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının bir qrup tələbə və doktorantının Azərbaycana səfəri başlayır.
2011-09-29 15:38
Azərbaycan kanoeçisi Andrey Kraytor beynəlxalq reqatanın qalibi olub - FOTOLAR Azərbaycanın istedadlı kanoeçisi, gənclər arasında Avropa çempionu Andrey Kraytor Almaniyada keçirilmiş beynəlxalq “Potsdam Canal Sprint” reqatasının qalibi olub. 19 yaşlı idmançımız artıq 8 ildir mövsümün sonunda keçirilən turnirə xüsusi dəvət əsasında qatılıb.
2011-09-29 14:18
Sərbəst güləşçilər növbəti beynəlxalq turnirdə iştirak edəcək 1-2 oktyabr 2011-ci il tarixdə Rusiya Federasiyasının Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. Yığma komandanın 3 üzvü turnirdə ölkəmizi təmsil edəcək.
2011-09-27 15:34
Parataekvondoçulardan 11 medal Azərbaycanın Parataekvondo üzrə milli komandası l Avropa çempionatında 11 medala sahib olub. Sentyabrın 26-da Moskvadakı yarışda 15 idmançımızdan 7 nəfəri final döyüşündə iştirak edib.
2011-09-25 16:00
Azərbaycan Boks Federasiyasının inzibati binasının təməlqoyma mərasimi keçirilib Sentyabrın 25-də Bakıda Azərbaycan Boks Federasiyasının inzibati binasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu və digər rəsmi şəxslər iştirak ediblər.
2011-09-23 17:56
“Təkan” Tələbə Gənclərin İctimai Birliyi uşaqların qonağı oldu “Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məktəbəqədər yaşlı uşaqlar və ibtidai sinif şagirdləri üçün “Doğma Azərbaycanı birgə öyrənək” adlı özün rənglə” kitabı hazırlanmışdır. Məhz bu kitab Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq ədəbiyyatı sahəsində nəşr edilən ilk kitablardan biri hesab edilə bilər.
2011-09-23 13:43
Yeni nəsl: sərhədsiz məsuliyyət 26 sentyabr 2011-ci il tarixində Bakıda “Yeni nəsl: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumuna start veriləcək.
2011-09-23 13:17
Azərbaycanın Parataekvondoçuları Moskvaya yollanır Azərbaycanın Parataekvondo üzrə milli komandası l Avropa çempionatında iştirak edəcək. Sentyabrın 26-da Moskvadakı yarışda 15 idmançımız mübarizə aparacaq.
2011-09-22 11:00
Növbəti lisenziya velosiped idman növündən gəldi 20 sentyabr 2011-ci il tarixində Danimarkanın Kopenhagen şəhərində velosiped idman növü üzrə keçirilən Dünya çempionatında Azərbaycan yığma komandasının üzvü Çalax Yelena 27.8 km məsafədə 38.08.22 nəticə göstərərək 13-cü yerə layiq görülüb. Bu nəticə Çalax Yelenaya XXX London Yay Olimpiya oyunlarına lisenziya qazandırıb.
 Əvvəlki    5  6  7  8  9  10  11  12  13  14  15    Növbəti 
AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva