Xəbərlər

“San Bernardo del Viento” dan olan gənc voleybolçuların Azərbaycan səfərindən sonra nazir müavini Fransisko Eçeverri ilə görüşləri olub
05 yanvar, 2017 17:47

Azərbaycanda 14 günlük idman mübadiləsində iştirak etmək üçün ölkəmizdə  səfərdə olan  12 gənc voleybolçu qız Kolumbiyaya geri dönüb. Bakında səfərdə olan qızlar  Milli Voleybol Federasiyasının mənzil-qərargahında təlim keçməklə bərabər,  Naxçıvan, Gəncə, Göygöl, Qax və Şəki şəhərlərini də ziyarət edib.

Regionlara səfərləri zamanı voleyboçu qızlara idmanın ölkəmizdəki inkişafı və bu istiqamətdə görülən işlər haqda məlumat veriblər.

Hər iki ölkənin idmançıları fikir mübadiləsi apararaq, voleybol idman növünün yeni texnikalarına yiyələniblər.

Bunula yanaşı, idmançılar Azərbaycan mətbəxi, tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Voleybolçular  Nizami Gəncəvinin Gəncədə yerləşən muzey və mavzoleyini və gələcəkdə UNESCO nun milli irs siyahısına daxil olacaq Şəki xan sarayı kimi simvolik mədəniyyət yerlərini ziyarət ediblər. Gəzinti San Bernardodan olan gənclərin Tufandağa gəzintisi ilə sona yetib.

Şübhəsiz ki, bu Azərbaycanda tam cədvəl üzrə keçirilən ilk idman mübadiləsi, coğrafi mövqeyinə görə çox uzaq olan iki ölkənin yaxinlaşmasına imkan yaratdı, həmçinin bu təcrübə zamanı San Bernardolu gənc qızlar məsafə, dil və mədəniyyət baryerini aşaraq iki ölkə arasında sıx əlaqələr qurdular. Beləliklə çoxtərəfli məsələlər üzrə nazir müavini Fransisko Xavyer Eçeverri də bu on iki gənc ilə San Carlos Sarayında keçirdiyi görüş zamanı bunu vurğulamışdı.

Məlumat üçün bildirək ki, ilk idman mübadiləsi Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Voleybol Federasiyasının, Kolumbiyanın Bakıdakı diplomatik misiyası və Kolumbiyanın Xarici İşlər Nazirliyinin sayəsində Azərbaycanda keçirilib.

Idman və mədəni tədbirlər çərçivəsində yetkinlik yaşına çatmayanların təhlükəli rayonlarda silahlandırılmasının qarşısını almaq məqsədi ilə Kolumbiyanın 20 rayonunun 67 bələdiyyəsindən 1.557 uşaq, gənc, məşqçi və musiqi müəllimlərinin iştirakı ilə 32 disiplina üzrə 102 idman və mədəniyyət mübadilələri keçirilib.

printerçap versiyası

Baxılıb: 81

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1284

Partnyorlar