Xəbərlər

Biləsuvarda “Milli-mənəvi dəyərlərimiz-Novruz bayramı” mövzusunda dəyirmi masa keçirildi
16 mart, 2017 15:58

      Biləsuvar rayon Gənclər və İdman İdarəsi Peşə Liseyi və Rəsm Qalereyası ilə birgə 16  mart 2017-ci il tarixdə “Milli-mənəvi dəyərlərimiz-Novruz bayramı” mövzusunda dəyirmi masa keçirdi. Əvvəlcə iştirakçılar Novruz bayramına  həsr olunmuş rəsm sərgisi ilə tanış oldular.

       Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Peşə Liseyinin direktoru Rabil Şahbazov, Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov bayram münasibətilə gənclərə təbriklərini söyləyərək bildirdilər ki, bu qədim el bayramı öz təravətini, gözəlliyini bu gün də saxlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bayramın mahiyyəti quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə, və Orta Asiya ölkələrində bahar bayramı kimi qeyd edilir.
Adət-ənənələrimizə görə, Novruz, ilk növbədə, yeni ilin gəlişi, dünyanın və insanın yaradılış bayramı kimi qeyd olunur.   Bu cəhətdən Novruz bayramı milli fəlsəfəsinə  görə insan və onun dünyasının yaradılış mexanizmi, cəmiyyətin inkişaf və təkamülünün nəticəsidir. Bu mənada, bizim milli və tarixi nailiyyətimiz ondan ibarətdir ki, müstəqil ölkə kimi bu gün ümumxalq bayramı olan Novruzu dövlət səviyyəsində qeyd edirik. 

         Sonda “Milli bayramımız-Novruz” adlı videofilm nümayiş olundu.

printerçap versiyası

Baxılıb: 123

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1214

Partnyorlar