2011-12-02 14:15
Baku Fires Parisdə qələbə qazandı
Parisin Pyer de Kuberten İdman Sarayında Ümumdünya Boks Seriyasının (WSB) 3-ci turun matçında Fransanın Paris United və Azərbaycanın Baku Fires komandaları qarşılaşıblar. Klubumuz 3:2 hesabı ilə qələbə qazandı və “B” qrupunda 1-ci yerə qalxdı. Beləliklə Baku Fires ötənilki mövsümün yarımfinalında yaşanan məğlubiyətin əvəzini çıxdı.
2011-11-30 16:26
Taekvondoçularımız Londona, ardından Parisə yollanır
Azərbaycan taekvondoçuları 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turnirində çıxış edəcəklər. Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi ilə Londona yola düşəcək heyətə koreyalı mütəxəssis, məşqçi Con Conqbay, idmançılardan Elvin Məmmədov (68 kq) və Ramin Əzizov (80 kq) daxil edilib.
2011-11-30 14:41
Olimpiya oyunlarının mütəxəssisləri Bakıdadır
Bu həftə Bakı 2020 layihəsi ilə bağlı dünya şöhrətli ekspert qrupu Bakının öyrənilməsi, 2020-ci il mərkəz şəhər üçün ən mükəmməl planının hazırlanması məqsədi ilə şəhərimizə təşrif buyurub, Bakı 2020 təşkilat qrupu ilə görüş keçiriblər.
2011-11-30 11:49
Paris United – Baku Fires: heyətlər məlumdur
Dekabrın 2-də Parisin Pyer de Kuberten İdman Sarayında Ümumdünya Boks Seriyasının (WSB) 3-ci turunun matçında Fransanın Paris United və Azərbaycanın Baku Fires komandaları qarşılaşacaq. Gorüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
2011-11-29 15:56
Avropaya inteqrasiya edən Azərbaycan gəncləri Fransaya yola düşür
02-12 dekabr, 2011-ci il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, sədr müavini Nərgiz Eyvazova və AGAT-ın fəalı Vuqar Muradov, Rəhim Babayev və Abbas Səfərov Fransanın Paris şəhərində “Fəaliyyətdə incəsənət!” adlı beynəlxalq tədbirdə iştirak edəcəklər. Qeyd edək ki, tədbir Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir.
2011-11-29 15:55
Lənkəranda Debat Mərkəzinin Açılışı baş tutdu
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Respublika Debat Forumu – Payız 2011” çərçivəsində həyata keçirilən silsilə tədbirləri davam etdirir.
2011-11-29 15:54
Yunan-Roma güləşçilərimiz Qusarda TMT keçəcək
2012-ci il Olimpiya Oyunlarına və beynəlxalq yarışlara hazırlıq məqsədilə Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komanda məşqçilər Salih Bora, Şaban Donat, Mutaalib Yerlikaya və Turac Hüseynovun rəhbərliyi altında 30 noyabr – 18 dekabr 2011-ci il tarixdə Qusar Olimpiya Kompleksində təlim-məşq toplanışı keçəcək.
2011-11-28 11:34
AGF-nin Rza Kayaalpı transfer etmək fikri yoxdur
Türkiyə mətbuatında həqiqətə uyğun olmayan və heç bir faktiki əsası olmayan xəbər yayılıb. Xəbərdə deyilir ki, guya Azərbaycan Güləş Federasiyası tərəfindən 120 kq çəkidə son dünya çempionu Rza Kayaalpa 1 milyon dollar qarşılığında ölkəmiz adından çıxış etmək təklifi edilib və adı çəkilən güləşçi bundan imtina edib.
2011-11-23 16:24
Azad Rəhimov Soçiyə yola düşüb
23 noyabr tarixində Rusiya Federasiyasının Soçi şəhərində Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyasına start veriləcək. Gənclər və İdman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə də Assambleyanın rəsmi qonaqları sırasındadırlar .
2011-11-22 14:04
Türkiyədən qızıl medal
19-20 noyabrda Türkiyənin Bursa şəhərində qılıncoynatma üzrə II Beynəlxalq Mustafa Kamal Coşqungöz açıq qılıncoynatma turniri keçirilmişdir. 7 ölkədən, o cümlədən Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya, İordaniya, Kiprdən 255 gənc idmançı turnirdə iştirak etmişdir.
← Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 11 Növbəti →