2011-11-01 15:54
Azərbaycan 33-cü qitələrarası Avrasiya marafonunda
Bu gün Gənclər üçün Təhsil Mərkəzinin təmsilçiləri İstanbul şəhərində keçirilən 33-cü qitələrarası Avrasiya marafonundan geri dönmüşdür.
Məlumat üçün bildirək ki, İstanbul Avrasiya marafonu, ilk dəfə Tərcüman qəzeti tərəfindən 1973-cü ildə gündəmə gətirilən Asiyadan-Avropaya marafon ideyası ilə gündəmə gəlmişdir.
2011-10-31 10:55
2020 - Olimpiya Oyunları Lozannada müzakirə ediləcək
31 oktyabr 2011-ci il tarixində baş nazirin 1-ci müavini Yaqub Eyyubovun başçılığı ilə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, işçi qrupunun üzvləri və xarici şirkətlərin nümayəndələri Lozanna şəhərində “2020 namizəd şəhərlər” başlığı altında təşkil edilən seminara yola düşürlər.
2011-10-30 12:30
Respublika seçim turniri başa çatdı
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turnirinin final mərhələsi başa çatıb. Turnirin son günündə 69, 76, 85 və 100 kq çəki dərəcələrində yunan-Roma və 10 çəki dərəcəsində qadın güləşi üzrə yeniyetmələr mübarizə aparıb
2011-10-30 12:06
Respublika seçim turnirində ikinci günün nəticələri
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turnirinin final mərhələsi davam edir. Turnirin ikinci günündə 76, 85 və 100 kq çəki dərəcələrində sərbəst, 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə yeniyetmələr mübarizə aparıb.
2011-10-28 15:44
Narkomaniya əleyhinə növbəti tədbir 61 saylı məktəbdə gerçəkləşdi
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “RESURS” Gənclərin İnkişafı İctimai Birliyi Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti ilə birgə “NARKOMANİYAYA YOX DEYƏK!” devizi altında silsilə tədbirləri davam etdirir.
2011-10-28 10:29
Beynəlxalq "Mingəçevir Reqatası-2011”də dünyaca məşhur avarçəkənlərimiz də çıxış edəcəklər
Noyabrın 6-da start götürəcək Beynəlxalq "Mingəçevir Reqatası-2011”də akademik, kayak və kanoe qayıqlarında Azərbaycanın bütün aparıcı avarçəkənləri mübarizə aparacaqlar. Kanoeçilərin mübarizəsində 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy – Maksim Prokopenko, 23 yaşlılar arasında qitə birincisi Andrey Kraytor kimi titullu idmançılar çıxış edəcəklər.
2011-10-27 16:03
Üzgüçülər Gəncə şəhərində yarışacaq
28 oktyabr 2011-ci il tarixində üzgüçülük üzrə Azərbaycan kuboku yarışları Gəncə şəhərində start götürəcək. 31 oktyabr tarixənədək davam edəcək yarışlarda Bakı və Sumqayıt idmançıları ilə yanaşı Respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən Olimpiya idman komplekslərində məşğul olan idmançıların da iştirakı gözlənilir.
2011-10-27 15:40
Taekvondoçularımızın Xorvatiya sınağı
Azərbaycanın taekvondo üzrə yığma komandası Xorvatiya açıq çempionatında (“Croatia open”) iştirak edəcək. Zaqrebdə 5-6 noyabr tarixlərindəki yarışa baş məşqçi, Respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi altında 14 taekvondoçu ilə yollanacaq. Milli komandamızın heyəti Fariz Əliyev (68 kq), Elvin Məmmədov, İlkin Şahbazov, Kim Kvanqseok (hər üçü 74 kq), Ramin Əzizov, Bayraməli Vəliyev (hər ikisi 80 kq), Fərid Tağızadə (87 kq) və Təvəkkül Bayramovdan (+87 kq) ibarətdir.
2011-10-27 12:12
Gənc yunan-Roma güləşçiləri Cumhuriyyət Kuboku uğrunda yarışacaq
28-30 oktyabr 2011-ci il tarixdə İstanbulda güləş üzrə 27-ci Cumhuriyyət Kuboku Beynəlxalq turniri keçiriləcək. Turnirdə Azərbaycan, Özbəkistan, Ukrayna, Gürcüstan, Rusiya və Türkiyə başda olmaqla 10-dan artıq ölkənin pəhləvanları iştirak edəcək.