2011-10-25 11:59
Gənclərin VI Forumu bu gün öz işinə start verir
25 oktyabr 2011-ci il tarixdə Heydər Əliyev adına Respublika Sarayında 2000-ə yaxın gənc bir araya gələcək. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər.
2011-10-24 11:52
VI Forumda 3 ilin yekununa nəzər salınacaq
Azərbaycan Gənclərinin VI Forumu işinə 2011-ci ilin aprel ayından başlamışdır. Məhz aprel-sentyabr ayları ərzində gənclərin iştirakı ilə müxtəlif tədbirlər, respublikanın rayon və şəhərlərində, eləcə də Bakı şəhərində konfranslar, zona toplantıları, keçirilmişdir. Konfrans və toplantılarda respublikanın bütün rayon və şəhərlərindən VI Forumun yekun iclasında iştirak edəcək 1601 namizəd seçilmişdir.
2011-10-24 10:59
Rəşid Məmmədbəyovun xatirəsinə Respublika seçim turniri keçiriləcək
28-30 oktyabr 2011-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turnirinin final mərhələsi keçiriləcək. Turnirin nəticəsinə əsasən yeniyetmələrdən ibarət yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşəcək.
2011-10-22 10:30
Azərbaycan Almaniya ilə görüşür
Həndbol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin qrup oyunları çərçivəsində Azərbaycan və Almaniya yığma komandaları arasında oyun 23 oktyabr 2011-ci il tarixi saat 17:00 da “ABU Arena” İdman klubunda keçiriləcəkdir.
2011-10-22 10:26
Avropanın gənc memar tələbələri Bakıya toplaşır
22 oktyabr 2011-ci il tarixlərində Avropa qitəsində yerləşən bütün ölkələrdən olan 80-ə yaxın gənc memar tələbənin Bakıda keçiriləcək növbəti XXX qurultayına qatılacağı gözlənilir. Tədbir Avropanın Memar Tələbələrin Assambleyasının (EASA) təşəbbüsü ilə ilk dəfə olaraq ölkəmizdə keçirilir. Qurultayın Bakı şəhərində keçirilməsi haqqında qərar 2010-cu ildə Kopenhagendə Mövsümarası görüş zamanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyi və tələbələrinin təşəbbüsü ilə hazırlanmış və təqdim edilmiş təqdimata baxışdan sonra Assambleyanın üzvləri tərəfindən qəbul edilmişdir.
2011-10-21 15:13
Gənclər VI Foruma hazırlaşır
25 oktyabr 2011-ci il tarixdə Heydər Əliyev adına Respublika Sarayında 2000-ə yaxın gənc bir araya gələcək. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər.
2011-10-21 10:39
“NARKOMANİYAYA YOX DEYİRİK!”
“RESURS” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təhsil müəssisələrində gənclərin zərərli vərdişlərdən və arzuolunmaz kənar təsirlərdən qorunması məqsədilə təbliğat işlərinin aparılması” layihəsinin icrasını davam etdirir. Problemin aktuallığını və vacibliyini nəzərə alan “RESURS” GİİB və Bakı şəhərinin Nizami Rayon İcra Hakimiyyəti oktyabr ayının 20-dən noyabr ayının 20-nə qədər birgə olaraq “NARKOMANİYAYA YOX DEYİRİK!” devizi altında gerçəkləşən layihəni rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində həyata keçirmək üçün silsilə tədbirlər planı hazırlamışdır.
2011-10-21 10:20
Beynəlxalq “Mingəçevir Reqatası-2011” keçiriləcək
Noyabrın 6-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Mingəçevir Reqatası-2011” start götürəcək. Ənənəvi reqatanı Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) birgə təşkil edəcək.
2011-10-19 18:02
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı iki layihənin təqdimatını keçirdi
Bu gün Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və digər rəsmiləri bir araya gəldilər. Buna səbəb Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) iki yeni layihəsinin təqdimat mərasiminin keçirilməsi idi.
2011-10-18 15:48
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı iki layihənin təqdimatını keçirir
Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və digər rəsmiləri bir araya gətirən səbəb 19 oktyabr 2011-ci il tarixi saat 11.45-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) iki yeni layihəsinin təqdimat mərasiminin keçirilməsidir.
2011-10-17 16:48
Xəzər İntellektual Gənclər Klubu və GRBS® əməkdaşlığı
Son 7 ildə müxtəlif mütərəqqi təhsil xidmətlərini uğurla həyata keçirən GRBS® və son 10 ildə ölkəmizdə intellektual oyunlar hərəkatının inkişafında özünəməxsus rolu olan Xəzər İntellektual Gənclər Klubu davamlı olaraq yeniyetmə və gənclərinin intellektual səviyyəsinin artırılması məqsədi ilə səylərini birləşdirmək qərarına gəliblər.
2011-10-14 15:54
Boksçular Hollandiyaya yola düşür
16 oktyabr 2011-ci il tarixində Hollandiyanın Roterdam şəhərində qadınlar arasında start götürəcək Avropa çempionatına Azərbaycan xanımları da yola düşür.
Bu çempionatda ölkəmizi Hacıyeva Ayzanat (60 kq), Vistoropova Yelena (69 kq) və Cavadova Leyla (75 kq) təmsil edəcəklər.
Qeyd edək ki, yarış 24 oktyabr tarixinədək davam edəcək.
2011-10-14 15:48
3-cü Beynəlxalq Uşaq Muğam festivalı başa çatdı
2011-ci ilin oktyabr ayının 12-də Beynəlxalq Muğam Mərkəzində Respublika Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi 3-cü Beynəlxalq Uşaq Muğam festivalı finalçıların yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi həyata keçirildi.