2011-10-13 22:30
Gənclər üçün yeni iş imkanları
2006-2011-ci illəri əhatə edən müddət ərzində həyata keçirilən məzun yarmarkasında 1500-dən çox məzun daimi , 1000-ə yaxın məzun isə müqavilə əsasında işlə təmin olunmuşdur.
2011-10-11 15:52
“Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası: Cağırışlar və Perspektivlər”
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 12 oktyabr, 2011-ci il tarixində saat 14.00-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası: Cağırışlar və Perspektivlər” adlı seminar keçirəcək.
2011-10-10 14:49
Azərbaycan London Olimpiadasına 23-cü lisenziyanı qazanıb
Növbəti uğur yüngül atletimizdən gəlib.
Gürcüstanda keçirilən beynəlxalq turnirdə stipl çeyz üzrə 3000 metr məsafəyə qaçışda olimpiya normativini yerinə yetirmiş yüngül atletimiz Layeş Abdullayeva London Yaya Olimpiya oyunlarına 23-cü lisenziyanı qazandı.
2011-10-10 12:35
Almaniyalı qonaqların növbəti dayanacağı Gəncə şəhəri oldu
Qəbələ və Şəkini ziyarət etdikdən sonra, Berlin Humboldt Universitetinin tələbələri 7 oktyabr tarixində Şəkinin Kiş kəndindən Göy-Göl rayonuna yola düşdülər. Burada onları ilk olaraq rayonun İcra Hakimiyyətinin başçısı Arif Seyidov qəbul etdi. Görüşdən sonra qonaqlar Göy-Göldə yerləşən Helenendorf qəsəbəsinin tarixi ilə tanış olub, XIX əsrdə almanlar tərəfindən tikilən şərab zabodu, alman Viktor Kleynin ev muzeyi və diyarşünaslıq muzeyini ziyarət etdilər.
2011-10-08 09:53
2-ci yarış günü bürünc medal
Kiprin Pafos şəhərində taekvondo üzrə gənclərin 18-ci Avropa çempionatı davam edir. Milli komandamız 2-ci yarış gününü bürünc medalla başa vurub.
2011-10-07 17:01
Alman qonaqları Şəkini də gördü
Gənclər və İdman naziri Azad Rəhimovun dəvəti ilə ölkəmizdə səfərdə olan Almaniyanın Humboldt Universitetinin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti 06 oktyabr 2011-ci il tarixdə Şəki şəhərinə səfərə yollanıb.
2011-10-06 16:00
Boksçularımızdan 4 lisenziya
26 sentyabr tarixində start götürmüş Boks üzrə Dünya çempionatına qatılan boksçularımızdan 4-ü 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya oyunlarına lisenziya qazanıb.
2011-10-06 15:05
Yunan-Roma güləşi yığmasına yeni məşqçilər heyəti təqdim olundu
2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlaşan komandaya bu gün yeni məşqçilər heyəti təqdim olunub. Belə ki, Olimpiadaya hazırlıq müddətində yunan-Roma güləşi üzrə yığma komandaya Türkiyədən olan məşqçilər heyəti – Salih Bora, Şaban Donat və Mütalib Yerlikaya cavabdehlik daşıyacaq.