Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
XƏBƏRLƏR
2009-06-23 12:24
Avropa çempionatının proqramı açıqlanıb

İyunun 25-də Almaniyanın Brandenburq şəhərində start götürəcək kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatının proqramı açıqlanıb. Nüfuzlu yarışda Azərbaycanı 4 idmançı təmsil edəcək. 

Çempionatın ilk günündə 1 nəfərlik kayak qayığında (K1) Ramil Məmmədov, eləcə də 2 nəfərlik kanoe qayığındakı (C2) təmsilçilərimiz Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metr və 1000 metrlik məsafələri qət edəcək. Həmin gün kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla (C1) 500 metrlik məsafəyə yürüş edəcək.

İyunun 26-da isə Demyanenko 200 metrlik məsafəyə yürüşə qatılacaq. Onun bu məsafədə göstəriciləri qənaətbəxş olarsa, həmin gün qitə çempionatının mükafatları uğrunda mübarizə aparacaq.

1000 metrlik məsafəyə yürüşün mükafatçıları isə iyunun 27-də müəyyənləşəcək. Çempionata iyunun 28-də keçiriləcək 500 metrlik məsafəyə yürüşün yarımfinal və final keçidləri ilə yekun vurulacaq.

Açılış mərasimi mötəbər yarışın startından bir gün öncə - iyunun 24-də olacaq. Bağlanış mərasimi isə 28 iyuna təsadüş edəcək.

Avropa çempionatının proqramı:

24 iyun
21:00. Açılış mərasimi

25 iyun
12:00 – 13:55. 1000 metr məsafəyə yürüş:
1 nəfərlik kayak qayığında: Ramil Məmmədov.
2 nəfərlik kanoe qayığında: Sergey Bezuqlıy – Maksim Prokopenko.
18:00 – 19:30. 500 metr məsafəyə yürüş:
1 nəfərlik kayak qayığında: Ramil Məmmədov.
1 nəfərlik kanoe qayığında: Valentin Demyanenko.
 

2 nəfərlik kanoe qayığında: Sergey Bezuqlıy – Maksim Prokopenko.

26 iyun
12:00 – 13:10. 200 metr məsafəyə yürüş:
1 nəfərlik kanoe qayığında: Valentin Demyanenko.
13:30 – 14:10. 200 metr məsafəyə yürüş. Yarımfinal
14:15 – 14:25. 200 metr məsafəyə yürüş. B finalı
15:30 – 17:30. 200 metr məsafəyə yürüş. A finalı. Mükafatlandırma mərasimi

27 iyun
13:00 – 14:00. 1000 metr məsafəyə yürüş. Yarımfinal
15:45 – 18:30. 1000 metr məsafəyə yürüş. Final. Mükafatlandırma mərasimi

28 iyun
13:00 – 14:00. 500 metrlik məsafəyə yürüş. Yarımfinal
15:25 – 17:15. 500 metrlik məsafəyə yürüş. Final
17:20. Bağlanış mərasimi.

Qeyd: Başlama saatları Bakı vaxtı ilə göstərilib.
Yarışın linki: www.kanuem2009.de

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva