Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
XƏBƏRLƏR
2009-06-30 16:51
Yeniyetmə və gənc avarçəkənlərimiz dünya çempionatlarına Almaniyada hazırlaşacaqlar

Akademik avarçəkmə üzrə yeniyetmə (U-18) və gənclərdən ibarət (U-23) Azərbaycan milli komandası Almaniyanın paytaxtı Berlinə təlim-məşq toplantısına yollanıb. Toplanış 23 – 26 iyulda Çexiyanın Raçitse şəhərində təşkil olunacaq gənclərin, 5 – 8 avqustda isə Fransanın Briv la Qayard şəhərində baş tutacaq yeniyetmələrin dünya birinciliyinə hazırlıq xarakteri daşıyır. 

Berlinə yeniyetmə akademik avarçəkənlərimiz Teymur Kutseba və Aleksandr Qlotovla yanaşı, gənclərdən ibarət millimizin üzvləri Cavid Əfəndiyev, Toğrul Qurbanzadə, Aleksandr Jdanov və Kamal Məmmədov aparılıblar. Gənc avarçəkənlərimiz 27-28 iyunda Litvanın Trakay şəhərində keçirilmiş beynəlxalq “Amber Oars” (“Kəhrəba avarlar”) turnirində çıxış etdikdən sonra birbaşa Berlinə üz tutublar. Kutseba – Qlotov dueti isə Almaniya paytaxtına iyunun 29-da Bakıdan yola düşüb.

6 yeniyetmə və gənc idmançımız Almaniyada millimizin baş məşqçisi Rudiger Hauffe və onun köməkçisi İlqar Ağalarovun rəhbərliyi altında yerli avarçəkənlərlə birgə hazırlaşacaq. Gənc və yeniyetmə avarçəkənlərimiz toplanış yerindən birbaşa dünya çempionatlarının keçiriləcəyi məkanlara – Çexiyaya və Fransaya üz tutacaqlar.

Gənclərin dünya birinciliyində avarçəkənlərimiz 1 nəfərlik yüngül çəkili və 2 nəfərlik qoşa avarlı yüngül çəkili olmaqla, 2 qayıqda çıxış edəcəklər. Daha bir gənc avarçəkənimiz isə Çexiyaya ehtiyat idmançı qismində aparılacaq. Məhz təlim-məşq toplantısı zamanı özlərini yaxşı tərəfdən göstərəcək 3 gənc avarçəkən əsas heyətə salınacaq.

Yeniyetmələrin dünya birinciliyinə isə Kutseba – Qlotov dueti aparılacaq. Onlar 2 nəfərlik sükansız qayıqda mübarizə aparacaqlar. Bu yarış 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Dünya çempionatında avarçəkənlərimiz öz kateqoriyalarında ilk “5-liy”ə düşməyi bacarsalar, Sinqapur olimpiadasında ölkəmizə bu növ üzrə təmsilçilik hüququ qazandıracaqlar.

Qeyd edək ki, yeniyetmə avarçəkənlərimiz bundan öncə Almaniyada keçirilmiş 3 beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Kutseba – Qlotov dueti həmin turnirlərdə ümumilikdə 2 qızıl, 2 bürünc medal qazanıb.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva