Ministry of Youth and Sports
XƏBƏRLƏR
2010-01-22 11:17
Şirvan şahmatçısı Azərbaycan çempionu oldu

12-21 yanvar tarixlərdə Bakı şəhəri Azərbaycan Şahmat Federasiyasının qərargahında şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı keçirilmişdir. Yarışda 14 şahmatçı dairəvi sistem üzrə mübarizə aparmışdır. 13 oyundan 10 xal toplamış Şirvan şahmatçısı Gülnar Məmmədova Azərbaycan çempionu adını qazanmışdır. Onunla eyni sayda xal toplamış beynəlxalq qrossmeyster Türkan Məmmədyarova əmsallar cədvəlinə görə 2-ci, Xırdalan nümayəndəsi Xəyalə İsgəndərova isə 9.5 xalla 3-cü yeri tutmuşdur. İlk 2 yeri tutan şahmatçı mart ayında Xorvatiyada keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ qazanmışdır.


21 yanvar tarixdə Bakı şəhərində, Respublika Şahmat Mərkəzində (Klubunda) şahmat üzrə kişilər arasında Azərbaycan çempionatı start götürmüşdür. Çempionatda mübarizəyə qoşulmuş 10 şahmatçıdan 5 nəfəri beynəlxalq qrossmeyster, 3 nəfəri beynəlxalq usta, 2 nəfəri isə FİDE ustasıdır. İlk 2 yeri tutan şahmatçı mart ayında Xorvatiyada keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ qazanacaqdır. Yarışlara yanvar ayının 29-da yekun vurulacaq.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 771

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva