Ministry of Youth and Sports
XƏBƏRLƏR
2010-01-22 12:06
DÜZGÜN QİDALANMA SAĞLAMLIQDIR!

Bu ilin yanvar ayından Azərbaycan Gənclər İttifaqı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən «“DÜZGÜN QİDALANMA SAĞLAMLIQDIR!” adlı növbəti layihəsinin icrasına başladı. Sağlam qidalanmaya dair məlumatlandırma və maarifləndirmə kampaniyası» adlı layihə Mingəçevir və Şəki şəhərlərinin əhatə edəcək.
Qeyd edilən şəhərlərin məktəb, kollec, universitet və digər müəssisələrində təlim keçirilməsi üçün fokus qrupları müəyyən ediləcək, “Səmərəli qidalanmanın əsasları”, “Qida məhsullarının şərti hissələrə bölgüsü”, “GMO, yəni Genetik Modifikasiya olunmuş Orqanizmlər (GMO – genetikası dəyişdirilmiş (transgen) orqanizmlər) nədir və onların insan sağlamlığına təhlükəsi” və “Yanlış qidalanmanın xəstəliklərlə əlaqəsi” mövzularında təlimlərin təşkili planlaşdırırlır. Treninqlərdən sonra fokus qrupları əldə etdikləri bilikləri tətbiq etmək məqsədi ilə konkret fəaliyyətə başlayacaqlar.
Onlar təhsil aldıqları yerlərdə və yaşadıqları ərazilərdə yaşıdları və digər yaşlılar arasında “kaskad” metodu ilə düzgün qidalanma barədə ətraflı məlumat verəcəklər. Layihənin icra olunacağı şəhərlərində geniş ictimaiyyətin iştirakı, eləcə də, müxtəlif təhsil, sosial və tibbi müəssisələrdə düzgün qidalanma ilə bağlı mövzularda görüşlər və seminarların təşkil olunması nəzərdə tutulub.
Təbliğat-təşviqat məqsədi ilə avtobus yürüşü təşkil olunacaq. Bu aksiyada fokus qrupları bir neçə gün ərzində xüsusi süarlar və düzgün qidalanmaya dair müxtəlif təbliğat bannerləri ilə bəzədilmiş avtobusda şəhərin müxtəlif yerlərini dolaşacaq, əhalinin sıx toplaşan yerlərdə (bazarlar, mərkəzi meydanlar, çayxanalar, ali və orta təhsil ocaqları və s.) məlumat xarakterli vərəqələr və bukletlər yayacaqlar (materiallarda mənşəyi bilinməyən qidaların qəbulunun sağlamlığa təsiri, düzgün olmayan qidalanmanın fəsadları haqqında ətraflı və asan anlaşılan dildə informasiyalar olacaq).
Layihədə qaldırılan problemin həllinə dair daha geniş ictimaiyyəti əhatə etmək və bu auditoriyanın yaş və sosial təbəqələrinin çox sayda hissəsini məlumatlandırmaq, maarifləndirmək məqsədi ilə Mingəçevirdə və Şəkidə mövzu ilə bağlı tematik verilişlərin hazırlanması və efirə verilməsi planlaşdırılır. Verilişlərdə layihə iştirakçıları, eləcə də, ekspertlər, sosioloqlar, həkimlər və digər mütəxəssislər iştirak edəcəklər.
Layihə 2010-cu ilin aprel ayında başa çatacaq.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 771

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva