27 yanvar 2010-cu il tarixdə Gənclər və İdman Nazirliyində ağırlıq qaldırma idman növü üzrə məşqçi və hakimlər üçün Moskva Dövlət Mərkəzi İdman Akademiyasının Bədən Tərbiyəsi Nəzəriyyəsi və onun metodikası kafedrasının əməkdaşı Vadlen Boris Kanevskiy tərəfindən seminar keçiriləcək.
Vadlen Boris Kanevskiy uzun illər Moskva Dövlət Mərkəzi İdman Akademiyasının ağır atletika kafedrasının dosenti, laboratoriya rəisi vəzifələrində çalışıb.
Seminarda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiayasının kafedra rəhbərləri, ağıq atletika idman növündə yığma komandanın baş məşqçisi, Akademiyanın müəllim və tələbələri iştirak edəcək.
Seminar zamanı ağırlıq qaldırma idman növündə elmin rolu, seçmə və yeni başlayanların məşqi, dopinq və formokoli təminat, yüksək dərəcəli idmançıların hazırlanmasında müasir məşq metodları kimi mövzular keçiriləcək.
Seminar əsnasında mütəxəssis praktiki məşğələlərdə də iştirak edəcək.
Seminar 27 yanvar saat 11.00-da başlayacaq.














