Ministry of Youth and Sports
XƏBƏRLƏR
2010-02-03 15:21
Azərbaycan gəncləri: sürətli inkişafın bariz nümunəsi

Bu gün Gənclər və İdman Naziri Azad Rəhimov Qırğızıstan və Küveytdən olan nümayəndə heyətini qəbul edib.
Gənclər və İdman Naziri Azad Rəhimov nazir müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bişkekə olan səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Qırğız Respublikasının Məşğulluq, Əmək və Miqrasiya Nazirinin müavini Djoldoşeva Nuriylaya öz təşəkkürünü bildirib, bu əlaqələrin daha da möhkəmlənməsi istiqamətində Azərbaycana olan səfəri təqdirəlayiq hal kimi qiymətləndirdi.
Azad Rəhimov qonaqlara türkdilli ölkələrdən Türkiyə, Özbəkistan, Qazaxstan, Türkmənistan və digərləri ilə hüquqi bazada gənclər və idman sahəsində qurulmuş münasibətlər barədə məlumat verib, Qırğızıstanla da əməkdaşlığın möhkəmlənməsi istiqamətində memorandumun imzalanmasına ehtiyac olduğunu, bu münasibətlərə yaradıcı gənclər sahəsindən başlana bilməsi ilə bağlı təklif irəli sürdü. Eyni zamanda, nazir Qırğızıstan və Azərbaycanın gənc biznesmenlərinin, liderlərinin iştirakı ilə forum keçirilməsinin qarşılıqlı əlaqələr sahəsində mühüm rol oynayacağını önə çəkdi.
Öz növbəsində yüksək səviyyəli qonaqpərvərlik üçün Azərbaycan hökumətinə dərin təşəkkkürünü bildirən Qırğız Respublikasının Məşğulluq, Əmək və Miqrasiya Nazirinin müavini Djoldoşeva Nuriyla, Azərbaycanda gənclər siyasətinin Qırğızıstanla müqayisədə daha çox inkişaf etdiyini vurğulayıb, bu sahədə Azərbaycandan öyrənməli və tətbiq edilməli bir çox nüansların olduğunu diqqətə çatdırdı.
Memoranduma gəlincə, qonaq ilkin variantın hazır olduğunu və elə səfər əsnasında əlavə və dəyişikliklər edilməsi üçün Gənclər və İdman Nazirliyinə təqdim ediləcəyini bildirdi.
Gənclər və İdman Naziri Azad Rəhimovun növbəti görüşü Yaxın Şərqin ən nüfüzlu gənclər təşkilatı sayılan “LoYAC- Lothan Youth Achievement Center”- in nümayəndə heyəti ilə olub.
İlk növbədə Azad Rəhimov nümayəndə heyətinin rəhbəri xanım Fərəh Al Saqqafa nazirliyin fəaliyyəti haqda geniş məlumat verib, tək 2009-cu ildə Azərbaycanda keçirilən tədbirlərdə 2000-dən artıq əcnəbi gəncin ökəmizə səfər etdiyini diqqətə çatdırdı. Eyni zamanda, nazir qarşılıqlı əməkdaşlığın önəmindən danışarkən əfsuslar olsun ki, ölkəmizdə bir sıra beynəlxalq layihələrin keçirilməsinə baxmayaraq, Küveyt gənclərinin bu tədbirlərdə çox nadir hallarda iştirak etməsini vurğuladı.
Azad Rəhimov: “Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə gerçəkləşdirilən ən böyük və nüfuzlu layihələrdən biri “İslamafobiya və ksenafobiya və ya dini ayrıseçkilik” layihəsi olub. Dünyanın 50-ə yaxın ölkəsindən 600-dan artıq qonağın qatıldığı bu tədbirdə əfsuslar olsun ki, Küveyt gəncləri yox idi.”
Azərbaycanın əməkdaşlıq etmək üçün ən münasib region olduğunu qeyd edən xanım Fərəh Al Saqqaf bu istiqamətdə bir sıra işlərin görülməli olduğunu və gerçəkləşdirilən səfərin böyük önəm daşıdığını bildirdi.
Öz ölkəsində iştər işsizlik, istərsə yaradıcılıq, istərsə də digər sahələrdə gənclər üçün gerçəkləşdirilən layihələr haqda məlumat verən qonaq gənclər mübadiləsinin mühümlüyündən söz açdı.

Fərəh Al Saqqaf: “Azərbaycana olan səfər əsnasında biz Diplomatiya Akademiyasında görüşlır keçirdik. Akademiyanın səviyyəsi bizi o qədər heyran edib ki, biz iki Küveyt gəncinin ADA magistratura dərəcəsi almaları üçün maliyyə ayrılmasını nəzərdə tuturuq.”
 












AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 771

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva