2010-03-01 16:28
Sahəsində rayon (şəhər) gənclər və idman idarələrinin, eyni zamanda gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə Gənclər və İdman Nazirliyi tərəfindən 2008-2009-cu illərdə respublikanın bir sıra rayon və şəhərində seminarlar keçirilmişdir. Seminarın davamı olaraq fevral ayında Yevlax şəhərində və Ağdaş rayonunda gənclərlə görüşlər keçirilib. Tədbirin keçirilməsində məqsəd – İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icrasının təmin olunması və insan alveri ilə bağlı gənclərin məlumatlılığının artırılmasıdır.
Görüşlər zamanı Gənclər və İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin nümayəndələri gənclər qarşısında çıxış edərək, maarifləndirici xarakterli çap materiallarını onlara paylanmışlar. Seminarlarda və paylanmış materiallarda qanunvericiliklə bağlı məlumatlar, insan alverinin acı nəticələri, gənclərin bu bəlanın potensial qurbanları olması və bu sahədə dövlət tərəfindən görülən işlər gənclərin diqqətinə çatdırılmışdır. Seminarın sonunda iştirakçılara mövzu ilə əlaqədar reklam roliki və qısametrajlı film nümayiş etdirilmişdir.














