Azərbaycan gənclərini Avropa Şurasında Fərhad Hacıyev təmsil edəcək
Gənclər və idman Nazirlyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş sahəsi üzrə hökumətlərarası Komitə Bürosunun üzvü seçilib. Bu qərar Strasburqda Avropa Şurasının keçirdiyi iclasda verilib.
Qeyd edək ki, Fərhad Hacıyev 2006-2009-cu illərdə Avropa Şurası gənclərlə iş sahəsi üzrə proqram komitəsinin sədri kimi fəaliyyət göstərib və hal hazırda da bu iş davam edir.














