9 mart 2010-cu il tarixdə İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş Katibliyinin rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri başlamışdır.
Nümayəndə heyətinin tərkibində Dr. Sari Hamdan (Cənab)- İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş katibi, Milli Olimpiya Komitəsinin Vitse-prezidenti, nümayəndə heyətinin rəhbəri, Cənab Abdurrəhman Armuti-Gənclər hərəkətinin təşviqi üzrə Milli Fondun baş direktoru, Cənab Arif İshakat-Beynəlxalq təşkilatlar bölməsinin rəisi və Xanım Narin Haj Tass- Milli Olimpiya Komitəsinin nümayəndəsi var.
Səfər “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” çərçivəsində həyata keçirilir.
Səfərin proqramına əsasən nümayəndə heyətinin Azərbaycan Milli Olimpiya Komitəsində, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər və İdman Nazirliyində görüşləri, Heydər Əliyev Fondu, Bakı şəhərində yerləşən tarixi-mədəni obyektlərlə tanışlıq məqsədi ilə gəzintilərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, qonaqlar ölkəmizdə 14 mart tarixinədək qalacaqlar.














