Ministry of Youth and Sports
2012-01-17 12:16
2012-01-17 10:51
2012-01-16 15:47
2012-01-16 12:04
2012-01-12 10:55
2012-01-12 10:53
2012-01-09 17:42
2012-01-05 14:07
2012-01-05 10:39
2011-12-29 15:00
2011-12-28 17:32
2011-12-28 11:51
2011-12-27 17:30
2011-12-27 16:35
2011-12-24 14:34
2011-12-24 13:59
2011-12-23 12:28
2011-12-19 13:46
2011-12-17 15:17
2011-12-16 21:05
XƏBƏRLƏR
2010-03-09 11:52
İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışın finalı

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək növbəti layihə 10 Mart 2010-cu il tarixi, saat 1430-da, “Avropa” mehmanxanasının “Bakı” zalında gerçəkləşəcək. Beləliklə, “Junior Achievement Azərbaycan” təşkilatı 2010-cu ilin İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışının final mərhələsini keçirəcək. Tədbirin əsas sponsorlar Statoil Abşeron, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər Ltd., tərəfdaş sponsorları isə Gənclər və İdman Nazirliyi, Baker McKenzie, Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi (AmCham) və Bakcell şirkətinin maliyyələşdirdiyi “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” dır.

Tədbirdə Gənclər və İdman Nazirliyi, Statoil, USAİD və Chevron nümayəndələri çıxış edəcəklər.

Final mərhələyə vəsiqə qazanmış Bakının 132, 95, 264 saylı, Elitar Gimnaziya və Zərifə Əliyeva adına orta məktəbin, Ağdaş rayonunun Güvəkənd və Yuxarı Ləki kənd məktəblərinin komandaları biznesin modelləşdirməsi proqramı üzrə milli çempion titulu uğrunda mübarizə aparacaqlar. Virtual şirkəti modelləşdirərək, şagirdlər qiymət, istehsal, marketinq, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə qərarlar qəbul edəcəklər ki, bu da məktəbli komandanın uğuru yaxud itkisi ilə nəticələnəcək. Yarışda ümumi olaraq Bakı, Sumqayıt və Mingəçevir şəhəri, Ağdaş, Kürdəmir, Yevlax və Goranboy rayonlarının məktəblərini təmsil edən 152 şagird iştirak etmişdir.

Tədbirdə, həmçinin, qalib şagirdlər və biznes icmasının nümayəndələri arasında yoldaşlıq yarışı keçiriləcək. Tədbir mükafatlandırma mərasimi ilə başa çatacaq.

Əlavə məlumatı təşkilatın veb saytından /www.jaazerbaijan.org/ və ya JA Azərbaycan təşkilatının İcraçı Direktoru Vüsal Xanlarov ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 496

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva